Şrift:
Muzeydə “Qadın geyim bəzəkləri” sərgisi açılıb
10.11.2016 [14:03] - Mədəniyyət
Noyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” sərgisinin açılışı olub.

Müvafiq qurumların təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı muzeydə aparılan elmi tədqiqatlardan, qazanılan uğurlardan danışıb.

Sonra sərgi barədə məlumat verilib. Bildirilib ki, sərgiyə muzeyin etnoqrafiya, arxeologiya və xüsusi fondlarının materialları cəlb edilib. Burada arxeologiya fondundan 41, etnoqrafiya fondundan 142, xüsusi fonddan 60-dan çox müxtəlif növ materiallar təqdim olunur.

Sərgidə baş bəzəkləri, düymə və əlcəklər, sancaqlar, həmçinin kəmərlər, tikmələr, toxuma bəzəkləri və s. eksponatlar nümayiş etdirilir.

Sonra tədbir iştirakçıları qadın geyim bəzəkləri ilə tanış olublar.

Sərgi 2017-ci il fevralın 1-də başa çatacaq.
Bu xəbər oxucular tərəfindən 604 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed