Şrift:
ADB Azərbaycanda iqtisadi inkişafla bağlı proqnozunu açıqlayıb
15.11.2016 [19:02] - Gündəm, İqtisadiyyat
"Asiya İnkişaf Bankının (ADB) proqnozuna görə, bu il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 2,5% azalacaq. Beynəlxalq Valyuta Fondunun (IMF) iqtisadi inkişafla bağl azalma proqnozu isə 2-4%-dir".
Bunu jurnalistlərə açıqlamasında Asiya İnkişaf Bankının (ADB) vitse-prezidenti Vensay Canq (Wencai Zhang) deyib.
Onun sözlərinə görə, ADB Azərbaycana çətinlik çəkdiyi sahələrdəki problemlərin aradan qaldırılması üçün yardım edə bilər: "Hazırda maliyyə yardımı almaq üçün edilən müraciətin səbəbləri və ayrılacaq vəsaitin məbləği müzakirə edilir".
ADB rəsmisi onu da deyib ki, Direktorlar Şurasına (DŞ) 500 mln. dollar ayırması üçün müraciət edilib: "Bu vəsait əsasən iqtisadiyyatın şaxələndirilməsinə xərclənəcək. DŞ təklifə dekabrın ortasında baxa bilər. Amma gələn həftə dəqiq tarix bilinəcək".
Bu xəbər oxucular tərəfindən 558 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed