Şrift:
Rusiyada stadion tikintisindən 50 milyonluq yeyintidə şübhəli bilinən şəxsin erməni olduğu müəyyənləşib
18.11.2016 [10:38] - Gündəm, İdman
Futbol üzrə 2018-ci il dünya çempionatı üçün Rusiyanın Sankt-Peterburq şəhərində stadion tikintisi zamanı fırıldaqçılığa yol verən şəxsin erməni olduğu müəyyənləşib.
Bu, Sankt-Peterburqun sabiq vitse-qubernatoru Marat Oqanesyandır.
Baş podratçı 2014-cü ildə "Transstroy"la TDM şirkətləri arasında stadion üçün videotablonun çatdırılması üzrə bağlanmış müqavilədən 50 milyon rubl pul yeyintisində şübhəli bilinib. Ötən gün həbs olunan Oqanesyan bu gün xəstəxanada 3 saatadək qaldıqdan sonra yenidən müvəqqəti saxlanma təcridxanasına qaytarılıb.
Qeyd edək ki, "Sankt-Peterburq" stadionu Konfederasiyalar Kubokunun 3 qrup oyununa və final görüşünə ev sahibliyi edəcək. Bundan başqa, DÇ-2018-in 4 qrup, 1/8 final, yarımfinal və üçüncü yerin sahibini müəyyənləşdirəcək oyunlar da bu stadionda keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 550 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed