Şrift:
Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfin həbsinə order verilib
29.11.2016 [10:23] - Gündəm, Hüquq
Pakistanın Bəlucistan əyalətinin məhkəməsi ölkənin sabiq prezidenti Pərviz Müşərrəfin həbsinə order verib. O, 2006-cı ildə əyalət millətçilərinin lideri Akbar Buqtinin ölümündə ittiham edilir.

Bu ittiham üzrə məhkəmə cari ilin yanvar ayında Pərviz Müşərrəfə bəraət vermişdi. Bundan sonra A.Buqtinin oğlu Camil Buqti apelyasiya şikayəti edib və yenidən sabiq prezidentin həbsinə order verilib.

Pərviz Müşərrəf Dubayda yaşadığından məhkəməyə qədər onun saxlanılması haqqında hələlik heç nə deyilmir.

Xatırladırıq ki, Akbar Buqti əyalətin tanınmış siyasətçisi olub, ayrı-ayrı vaxtlarda qubernator, nazir və digər yüksək vəzifələr tutub. O, əyalətə yüksək muxtar status verilməsinin tərəfdarı idi.

Qulu Kəngərli[right][/right]
Bu xəbər oxucular tərəfindən 631 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed