26.03.2012 [13:01] - Gündəm
Kaliforniyada 6 il fəaliyyət göstərən erməni cinayətkar qrup ifşa edilib
GünazTV: ABŞ-da “Armenian Power” (“Erməni Gücü”) cinayətkar qrupunun üzvü və onun 3 erməni cinayətkar yoldaşı bank fırıldaqlarında günahkar sayılıb. Bu barədə informasiya ABŞ Ədliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilib.
Məlumatda qeyd edilir ki, “Armenian Power” qrupunun üzvü Armen Şaropetrosyan, o cümlədən Karen Markosyan, Artuş Marqaryan və Kristin Oqancanyana qarşı ittiham 16-21 mart tarixlərində irəli sürülüb. Cinayətkarların cəzası avqustun 6-da müəyyənləşəcək.
Cinayətkarları 30 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. ABŞ hüquq-mühafizə orqanları Armen Şaropetrosyan və hazırda həbsdə olan Anqus Braunun fırıldaqçılara rəhbərlik etdiyini üzə çıxarıb.
Anqus Braun həbsxanada qeyri-qanuni yolla keçirilmiş mobil telefonla təmin edilib. Cinayətkarlar müxtəlif insanların hesabları ilə bağlı məlumatlar əldə edib, onların bank hesablarından pul çıxarıblar.
Cinayətkar qrupun fəaliyyət göstərdiyi 6 il ərzində ABŞ-ın bir neçə ştatının sakinlərinin 9 milyon dollardan çox pulu mənimsənilib.
Qeyd edək ki, ABŞ polisi “Armenian Power” cinayətkar qrupuna qarşı genişmiqyaslı əməliyyatı 2011-ci ilin fevralında keçirib. Cinayətkar qrupun onlarla üzvü saxlanılıb. Bu cinayətkar qrup 1980-ci illərdə keçmiş SSRİ-dən gələn ermənilər tərəfindən formalaşdırılıb.

Bu xəbər oxucular tərəfindən 1196 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |