Şrift:
Venesuela neft hasilatını sutkada 95 min barel azaltmağa razılaşıb
28.12.2016 [11:14] - İqtisadiyyat
Venesuela OPEK ilə sazişə əsasən 2017-ci ilin əvvəlindən neft hasilatını sutkada 95 min barel azaltmağa razılıq verib.
Bu barədə "Reuters" yazıb.
1 yanvar 2017-ci il tarixindən OPEK ölkələri və təşkilata üzv olmayan dövlətlər arasında neft hasilatının ildə təqribən 1,8 milyon barel azaldılması barədə imzalanan müqavilə rəsmi olaraq qüvvəyə minir.
"Beynəlxalq öhdəliklərə xələl gətirməmək üçün 1 yanvar 2017-ci il tarixindən etibarən PDVSA (Venesuelanın Dövlət Neft-Qaz Şirkəti. — Report) və ya onun bölmələri müvafiq razılaşma və şərtlərə uyğun olaraq satış müqavilələrinin həcmini azaldacaq", — deyə Venesuelanın Energetika Nazirliyinin məlumatında bildirilib.
Bu xəbər oxucular tərəfindən 513 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed