Şrift:
Pre­zi­den­tin Nax­çı­va­na 5 mil­yon ma­nat ma­liy­yə dəs­tə­yi stra­te­ji ad­dım ki­mi də­yər­lən­di­ri­lir...
16.01.2017 [11:25] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fə­rəc Qu­li­yev: "Əha­li­nin iş ye­ri tə­mi­na­tı və infrastruk­tu­run in­ki­şa­fı ba­xı­mın­dan Nax­çı­va­na 5 mil­yon ma­nat və­sa­i­tin ay­rıl­ma­sı əhə­miy­yət­li­dir"

Vü­qar Rə­him­za­də: "Nax­çı­van bü­töv­lük­də sü­rət­li in­ki­şaf döv­rü­nü ya­şa­yır"
Öl­kə­miz­də bü­tün sa­hə­lər­də gö­rü­lən iri­miq­yas­lı iş­lər Nax­çı­van Mux­tar Res­pub­li­ka­sın­dan da yan keç­mə­yib. Nax­çı­van da sü­rət­lə in­ki­şaf edir, müx­tə­lif sa­hə­lər­də qa­za­nı­lan uğur­lar­la diq­qə­ti cəlb edir.
Öl­kə baş­çı­sı İl­ham Əli­yev Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı­na də­fə­lər­lə sə­fər edib və bu­ra­da apa­rı­lan abad­lıq-qu­ru­cu­luq iş­lə­ri ilə ta­nış olub. Pre­zi­dent İ.Əli­ye­vin növ­bə­ti sə­fə­ri yan­va­rın 11-də baş tu­tub.
Pre­zi­dent "Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı­nın so­si­al-iq­ti­sa­di in­ki­şa­fı­nın sü­rət­lən­di­ril­mə­si­nə da­ir əla­və təd­bir­lər haq­qın­da" Sə­rən­cam im­za­la­yıb. Sə­rən­cam­da bil­di­ri­lir ki, zən­gin ta­ri­xə və ço­xəsrlik döv­lət­çi­lik ənə­nə­lə­ri­nə ma­lik olan Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı çox mü­rək­kəb, la­kin par­laq in­ki­şaf yo­lu ke­çə­rək Azər­bay­ca­nın so­si­al-iq­ti­sa­di və ic­ti­mai-si­ya­si hə­ya­tın­da özü­nə­məx­sus yer tut­muş, öl­kə­mi­zin in­ki­şa­fın­da hər za­man əhə­miy­yət­li rol oy­na­yıb.
Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı­nın so­si­al-iq­ti­sa­di in­ki­şa­fı­nın da­ha da sü­rət­lən­di­ril­mə­si məq­sə­di­lə 2017-ci il döv­lət büd­cə­sin­də nə­zər­də tu­tul­muş Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin eh­ti­yat fon­dun­dan Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı­nın Na­zir­lər Ka­bi­ne­ti­nə 5 mil­yon ma­nat ay­rı­lıb.
Ma­liy­yə Na­zir­li­yi­nə bu sə­rən­cam­da gös­tə­ri­lən məb­ləğ­də ma­liy­yə­ləş­mə­ni tə­min et­mək tap­şı­rı­lıb.
Qeyd edək ki, və­sa­it Nax­çı­van Mux­tar Res­pub­li­ka­sın­da abad­lıq-qu­ru­cu­luq iş­lə­ri­nin da­vam et­di­ril­mə­si­ni, ha­be­lə "Azər­bay­can Res­pub­li­ka­sı re­gi­on­la­rı­nın 2014-2018-ci il­lər­də so­si­al-iq­ti­sa­di in­ki­şa­fı Döv­lət Proq­ra­mı"nda mü­əy­yən olun­muş təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si­ni tə­min et­mək məq­sə­di­lə ay­rı­lıb.


Mil­lət və­ki­li Fə­rəc Qu­li­yev "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da qeyd et­di ki, Nax­çı­va­na ay­rı­lan diq­qət çox əhə­miy­yət­li­dir: "Blo­ka­da və­ziy­yə­tin­də olan Nax­çı­va­na diq­qət və qay­ğı­nın gös­tə­ril­mə­si yal­nız dəs­tək­lən­mə­li­dir. Əha­li­nin iş ye­ri tə­mi­na­tı və infrastruk­tu­run in­ki­şa­fı ba­xı­mın­dan Nax­çı­va­na 5 mil­yon ma­nat və­sa­i­tin ay­rıl­ma­sı əhə­miy­yət­li­dir".
Həm­söh­bə­ti­mi­zin söz­lə­ri­nə gö­rə, Nax­çı­va­na ay­rı­lan və­sa­it kənd tə­sər­rü­fa­tı­nın, emal sə­na­ye­si­nin in­ki­şa­fı­na sə­bəb olar.
Mil­lət və­ki­li he­sab edir ki, Pre­zi­dent İ.Əli­ye­vin Nax­çı­va­nın so­si­al-iq­ti­sa­di in­ki­şa­fı ilə bağ­lı ayır­dı­ğı və­sa­it ar­dı­cıl xa­rak­ter da­şı­ya­caq: "Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı Azər­bay­can­dan coğ­ra­fi ba­xım­dan ay­rı düş­dü­yü­nə gö­rə əha­li­yə kö­mək gös­tər­mək la­zım­dır. Həm­çi­nin, onu da unut­maq la­zım de­yil ki, Nax­çı­van, bir növ, "qa­la" funksi­ya­sı­nı da­şı­yır. Mə­lum ol­du­ğu ki­mi, Nax­çı­van Er­mə­nis­tan­la əha­tə­lə­nib. Nax­çı­va­nın mü­da­fiə qüd­rə­ti­ni ar­tır­maq və əha­li­nin da­ha əzmli ol­ma­sı üçün təd­bir­lər gör­mək la­zım­dır. Bu sə­bəb­dən də öl­kə baş­çı­sı İl­ham Əli­ye­vin im­za­la­dı­ğı sə­rən­ca­mı dəs­tək­lə­yi­rəm".


"İki sa­hil" qə­ze­ti­nin baş re­dak­to­ru Vü­qar Rə­him­za­də qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da qeyd et­di ki, öl­kə baş­çı­sı İ.Əli­yev da­im re­gi­on­la­ra diq­qət ayı­rır. Re­gi­on­la­rın in­ki­şa­fı öl­kə­nin da­xi­li si­ya­sə­ti­nin pri­o­ri­tet mə­sə­lə­lə­rin­dən bi­ri­dir: "Böl­gə­lər­də is­teh­sal sa­hə­lə­ri­nin ya­ra­dıl­ma­sı, ya­şa­yış bi­na­la­rı­nın tə­mir olun­ma­sı, infrastruk­tur la­yi­hə­lə­ri­nin hə­ya­ta ke­çi­ril­mə­si, yol­la­rın çə­kil­mə­si və ye­ni iş yer­lə­ri­nin açıl­ma­sı qar­şı­da du­ran mə­sə­lə­lər­dən­dir. Bü­tün re­gi­on­la­rın so­si­al-iq­ti­sa­di in­ki­şa­fı üçün Pre­zi­den­tin eh­ti­yat fon­dun­dan və­sa­it ay­rı­lır.
Bəl­li­dir ki, bir ne­çə gün ön­cə Pre­zi­dent İl­ham Əli­yev Nax­çı­va­na növ­bə­ti də­fə sə­fər et­di. Sə­fər çər­çi­və­sin­də öl­kə baş­çı­sı açı­lış­lar­da iş­ti­rak et­di. Eti­raf et­mək la­zım­dır ki, Azər­bay­ca­nın di­gər böl­gə­lə­ri ki­mi, Nax­çı­van­da da uğur­lu iş­lər gö­rü­lür. Nax­çı­van bü­töv­lük­də sü­rət­li in­ki­şaf döv­rü­nü ya­şa­yır. Sə­fər­dən son­ra döv­lət baş­çı­sı Nax­çı­va­nın so­si­al- iq­ti­sa­di in­ki­şa­fı ilə bağ­lı 5 mil­yon ma­nat məb­lə­ğin­də və­sa­it ayır­dı. Bu si­ya­sə­ti yük­sək qiy­mət­lən­di­ri­rəm. Bu si­ya­sət uzun müd­dət­dir da­vam et­di­ri­lir. Re­gi­on­la­rın so­si­al-iq­ti­sa­di in­ki­şa­fı ilə bağ­lı və­sa­i­tin ay­rıl­ma­sı böl­gə­lə­rin da­ha da mü­a­sir­ləş­mə­si və abad­laş­ma­sı­na xid­mət gös­tə­rə­cək. Azər­bay­can və­tən­daş­la­rı bu in­ki­şa­fın əya­ni şa­hi­di­dir. Biz mü­şa­hi­də edi­rik ki, öl­kə­miz bu ba­xım­dan nə də­rə­cə­də in­ki­şaf edib. Nax­çı­va­nın so­si­al-iq­ti­sa­di in­ki­şa­fı­nı sü­rət­lən­dir­mək üçün sə­rən­ca­mın im­za­lan­ma­sı­nı yük­sək qiy­mət­lən­di­ri­rəm. Ay­rı­lan və­sa­it əhə­miy­yət­li olan sa­hə­lər­də is­ti­fa­də olu­na­caq".
Gü­nel CƏ­Lİ­LO­VA
Bu xəbər oxucular tərəfindən 841 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed