Şrift:
“Neft Daşları” yatağında daha bir quyu əsaslı təmirdən sonra istismara verilib
19.01.2017 [10:12] - İqtisadiyyat
“Neft Daşları” yatağındakı 1887 nömrəli stasionar dəniz özülündə 2287 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, quyu məhsuldar qat çöküntülərinin fasilə lay dəstəsindən fontan üsulu ilə məhsul verib, 2565-2553 metr intervaldan gündəlik 12 ton neft və 16 min 300 kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsi (NQÇİ) tərəfindən həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 622 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed