Şrift:
Müs­tə­qil­li­yi­ni dün­ya­ya sı­rı­maq is­tə­yən Er­mə­nis­tan­da su­ve­ren­lik dis­kus­si­ya­la­rı qı­zı­şır
27.01.2017 [11:33] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fə­rəc Qu­li­yev: "Bü­tün olan­lar onu gös­tə­rir ki, Er­mə­nis­ta­nın xa­ri­ci, hər­bi, iq­ti­sa­di si­ya­sə­ti bir­mə­na­lı şə­kil­də Ru­si­ya­dan for­ma­laş­dı­rı­lır"

"... da­ha çox Ru­si­ya­nın is­tə­yi­nə uy­ğun bir mə­sə­lə ki­mi də­yər­lən­di­ri­rəm"

Er­mə­nis­tan mət­bu­a­tı baş na­zir Ka­ra­pet­ya­nın Moskva­ya et­di­yi sə­fər çər­çi­və­sin­də ru­si­ya­lı həm­ka­rı Med­ved­yev­lə əl­də olu­nan ra­zı­laş­ma­la­rı çox dra­ma­tik şə­kil­də şərh edib. Hət­ta id­dia olu­nur ki, hə­min ra­zı­laş­ma­la­ra gö­rə Er­mə­nis­ta­nın su­ve­ren­li­yi təh­lü­kə al­tı­na dü­şüb.
"Lra­gir.am" say­tın­da dərc edi­lən mə­qa­lə­dən bir his­sə­ni təq­dim edi­rik: "İrə­van Ru­si­ya və­tən­daş­la­rı­na Er­mə­nis­ta­nı da­xi­li pas­portlar­la zi­ya­rət et­mə­yə izn ve­rib. La­kin bu­nun qar­şı­lı­ğın­da Er­mə­nis­tan baş na­zi­ri­nin in­ves­ti­si­ya fon­du ya­rat­maq haq­qın­da tək­li­fi­nə ca­vab ola­raq Med­ved­yev, sa­də­cə, bu fon­dun təd­qiq edil­mə­si­nə ra­zı­lıq ve­rib. Bu­nun­la Ru­si­ya­ya ha­zır­da Er­mə­nis­ta­nın su­ve­ren­li­yi­nin da­ha bir his­sə­si­ni (pas­port mə­ka­nı­nın bir­ləş­di­ril­mə­si) ab­sorbsi­ya et­mək üçün sər­fə­li za­man ya­ra­nıb. Ha­va hü­cu­mun­dan mü­da­fi­ə­ni bir­ləş­dir­dik, bir­ləş­miş qo­şun qrup­la­rı ya­rat­dıq, in­di isə növ­bə sa­kit­cə Er­mə­nis­ta­nın pas­port-nə­za­rət sis­te­mi­ni Ru­si­ya­ya qoş­maq­dır. Növ­bə­ti ad­dım yə­qin ki, Er­mə­nis­tan və Ru­si­ya və­tən­daş­lı­ğı­nın bir­ləş­di­ril­mə­si ola­caq. Ne­cə bə­yəm? Əsrlə­rin dostlu­ğu ica­zə ve­rir. Lə­nə­tə gəl­sin 25 il­lik müs­tə­qil­li­yi. Fak­ti­ki ola­raq er­mə­ni baş na­zi­rin sə­fə­ri 1:0 Ru­si­ya­nın xey­ri­nə ba­şa çat­dı".
Er­mə­nis­ta­nın su­ve­ren­li­yi­nin tam əlin­dən alın­ma­sı ilə bağ­lı İrə­van­da baş qal­dı­ran na­ra­zı­lıq­la­rı və dis­kus­si­ya­la­rı ne­cə şərh et­mək olar?

Mil­lət və­ki­li Fə­rəc Qu­li­yev he­sab edir ki, Er­mə­nis­ta­nın fak­ti­ki ola­raq Ru­si­ya­nın bir əya­lə­ti­nə çev­ril­mə­si çox­dan bəl­li­dir: "Bü­tün olan­lar da onu gös­tə­rir ki, Er­mə­nis­ta­nın xa­ri­ci, hər­bi, iq­ti­sa­di si­ya­sə­ti bir­mə­na­lı şə­kil­də Ru­si­ya­dan for­ma­laş­dı­rı­lır. Ru­si­ya­dan ica­zə­siz heç bir müs­tə­qil qə­rar qə­bul et­mir­lər. Ru­si­ya və Er­mə­nis­ta­nın bir­gə or­du ya­rat­maq is­tə­yi də onu gös­tə­rir ki, bu mə­sə­lə on­suz da çox­dan tək tə­rəf­li­li­yi­ni iti­rib. Er­mə­nis­ta­na in­ves­ti­si­ya qo­yul­ma­sı və ya hər iki öl­kə və­tən­daş­la­rı­nın da­xi­li pas­portdan is­ti­fa­də et­mə­si mə­sə­lə­lə­ri­ni da­ha çox Ru­si­ya­nın is­tə­yi­nə uy­ğun bir mə­sə­lə ki­mi də­yər­lən­di­ri­rəm. Ar­tıq açıq şə­kil­də faktlar gös­tə­rir ki, Ru­si­ya­nın mas­ka­sı dü­şüb. Am­ma tə­bii ki, Ru­si­ya bir­tə­rəf­li qay­da­da Er­mə­nis­ta­na dəs­tək ve­rə­cək­sə, əl­bət­tə, bi­zim Ru­si­ya ilə mü­na­si­bət­lə­ri­mi­zə köl­gə dü­şə­cək. Çün­ki biz bə­ra­bər­tə­rəf­li əmək­daş­lıq­da ma­raq­lı­yıq. Hə­mi­şə Ru­si­ya üçün sə­mə­rə­li tək­lif­lər­lə çı­xış et­mi­şik, mü­na­si­bət­lə­ri­miz­də sə­mi­mi ol­mu­şuq. 3 mil­yo­na qə­dər və­tən­da­şı­mız Ru­si­ya­da ça­lı­şır, həm­çi­nin, on­la­ra da xe­yir ve­rir. Ru­si­ya be­lə dav­ra­nar­sa, tə­bii ki, mü­na­si­bət­lə­rə köl­gə dü­şə­cək. Biz, gec-tez, Qa­ra­bağ tor­paq­la­rı­nı iş­ğal­dan azad edə­cə­yik. Hər­bi yol­la azad edə­cə­yik­sə, Er­mə­nis­ta­nın ar­xa­sın­da kim da­yan­caq­sa, on­lar­la da mü­ba­ri­zə­mi­zi da­vam et­di­rib, is­tə­ni­lən düş­mən­lə üz­bə­üz qa­lıb tor­paq­la­rı­mı­zı iş­ğal­dan azad edə­cə­yik. Yə­ni bu o de­mək de­yil ki, bö­yük döv­lə­tin qol­tu­ğu­nun al­tı­na sı­ğı­nıb kim­sə bi­zim tor­paq­la­rı iş­ğal al­tın­da sax­la­ya bi­lər".


Mə­həm­mə­də­li QƏ­RİB­Lİ
Bu xəbər oxucular tərəfindən 801 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed