Şrift:
İrana qarşı sanksiyaların genişləndirilməsi nefti bahalaşdırır
06.02.2017 [10:21] - İqtisadiyyat
Dünya birjalarında neftin qiyməti bahalaşmaqdadır.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,18 dollar və ya 0,33% artaraq 54,01 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,19 dollar və ya 0,33% artaraq 57,00 dollar olub.

ABŞ tərəfindən İrana qarşı sanksiyaların genişləndirilməsi neftin bahalaşmasına səbəb olub. Lakin ABŞ-da hasilatın artması ilə bağlı ehtimallar "qara qızıl"ın kəskin bahalaşmasının qarşısını alır. İrana qarşı sanksiyaların genişləndirilməsi elan olunduqdan sonra ötən həftənin cümə günü WTI nefti 1,3% bahalaşıb.

Paralel olaraq "Baker Hughes" servis şirkətinin açıqladığı statistikaya əsasən, ABŞ-da quraşdırılan neft buruqlarının sayı 17 ədəd artaraq 583-ə çatıb.
Bu xəbər oxucular tərəfindən 478 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed