28.02.2017 [08:52] - Gündəm, DAVAMın yazıları
Mənim retro yazılarım,
Dözün hələ,dözün hələ.
Alimlərin cübbəsinə
Salacaqsız bir vəlvələ,
Dözün hələ,dözün hələ.
Çapına söz verən çoxdur,
Söz verib, pul verən yoxdur,
Bir kimsədə kərəm yoxdur,
Kəndisini alsın ələ,
Dözün hələ,dözün hələ.
Şirvanidən yazanların,
Hər sətrini yazanların,
İnciməyin sazanların
Səsi çıxır bəzən zilə,
Dözün hələ,dözün hələ.
Ələkbərin şeirləri,
Söz incisi,dəyərləri,
Cəlb etməyir bir nəfəri.
Dostlar deyir gülə-gülə
Dözün hələ,dözün hələ.
Biri deyir,arxayın ol,
Biri deyir gəl,dayım ol.
Çap işini heç bircə yol,
Gətirən yox,Vallah dilə
Deyirlər ki, dözün hələ.
Beş kitablıq xəzinədir,
Mən bilirəm bunlar nədir.
Hər bir halda beş külçədir.
Belə külşə düşməz ələ,
Dözüm hələ,dözüm hələ?
Ah ey əcəb, mən nə deyim,
Var nə qədər, kor kütbeyin
Kitabları löyün-löyün..
Mən bunları bilə-bilə
Dözüm hələ,dözüm həıə?
Bir az səbr...Gün gələcək
Toy dügünlə bir gələcək
Söz içində sirr gələcək,
Uçacaqsız eldən- elə
Dözün hələ,dözün hələ.
Dözün hələ,dözün hələ.
Alimlərin cübbəsinə
Salacaqsız bir vəlvələ,
Dözün hələ,dözün hələ.
Çapına söz verən çoxdur,
Söz verib, pul verən yoxdur,
Bir kimsədə kərəm yoxdur,
Kəndisini alsın ələ,
Dözün hələ,dözün hələ.
Şirvanidən yazanların,
Hər sətrini yazanların,
İnciməyin sazanların
Səsi çıxır bəzən zilə,
Dözün hələ,dözün hələ.
Ələkbərin şeirləri,
Söz incisi,dəyərləri,
Cəlb etməyir bir nəfəri.
Dostlar deyir gülə-gülə
Dözün hələ,dözün hələ.
Biri deyir,arxayın ol,
Biri deyir gəl,dayım ol.
Çap işini heç bircə yol,
Gətirən yox,Vallah dilə
Deyirlər ki, dözün hələ.
Beş kitablıq xəzinədir,
Mən bilirəm bunlar nədir.
Hər bir halda beş külçədir.
Belə külşə düşməz ələ,
Dözüm hələ,dözüm hələ?
Ah ey əcəb, mən nə deyim,
Var nə qədər, kor kütbeyin
Kitabları löyün-löyün..
Mən bunları bilə-bilə
Dözüm hələ,dözüm həıə?
Bir az səbr...Gün gələcək
Toy dügünlə bir gələcək
Söz içində sirr gələcək,
Uçacaqsız eldən- elə
Dözün hələ,dözün hələ.
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri və müəllimi,
ƏN YAXŞI MÜƏLLİM MÜSABİQƏSİNİN QALİBİ,
türkoloq.
28.02.2017.
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri və müəllimi,
ƏN YAXŞI MÜƏLLİM MÜSABİQƏSİNİN QALİBİ,
türkoloq.
28.02.2017.
Bu xəbər oxucular tərəfindən 691 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |