Şrift:
“Türk axını”nın dəniz hissəsinin inşasının başlama tarixi bəlli olub
28.02.2017 [10:29] - İqtisadiyyat
“Qazprom” şirkəti “Türk axını”nın dəniz hissəsinin inşasına yaxın aylarda başlamağa planlaşdırır.

Bu barədə “Qazprom” şirkətinin idarə heyətinin üzvü Oleq Aksyutin bildirib.

“Hazırda Rusiya ərazisində qaz nəqliyyat sisteminin genişləndirilməsi üzrə işlərin əsas hissəsi başa çatıb. Yaxın aylarda, ən uzağı cari ilin ikinci yarısında “Türk axını”nın dəniz hissəsinin inşasına başlanılacaq”, deyə O.Aksyutin qeyd edib.

Qeyd edək ki, “Türk axını” Qara dənizdən keçməklə Türkiyə-Yunanıstan sərhədinə qədər qaz kəmərlərinin çəkilməsini nəzərdə tutur. Müqaviləyə əsasən kəmərin tikintisinin 2019-cu ilin sonunadək yekunlaşacağı nəzərdə tutulub. Layihənin ümumi dəyəri 11,4 mlrd. avrodur.
Bu xəbər oxucular tərəfindən 529 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed