Şrift:
AZAL-ın vitse-prezidenti: "2018-ci ilin planlarında Lənkəran - Moskva və Naxçıvan - Moskva reyslərinin açılması var"
15.03.2017 [14:31] - İqtisadiyyat
"2017-ci ilin əvvəlindən "Vnukovo" hava limanında Bakıya təxminən 70 min sərnişin daşınıb".
Bunu AZAL-ın vitse-prezidenti Eldar Hacıyev Moskvanın "Vnukovo" hava limanında AZALJET vasitəsilə Moskva - Gəncə və Moskva - Qəbələ reyslərinin açılışına həsr olunmuş mətbuat konfransında deyib.
"Yeni uçuşlar bu rəqəmi artıracaq. Ümumilikdə Heydər Əliyev Beynəlxalq Hava Limanı ildə təxminən 3 milyon sərnişin qəbul edir. Aeroportun illik sərnişin tutumu 9 milyon nəfərlikdir", - deyə E.Hacıyev bildirib.
Onun sözlərinə görə, Heydər Əliyevin hava limanında sərnişin daşımalarının həcmi ötən illə müqayisədə 34% artıb, AZAL şirkətinin bu baxımdan göstəricisində isə 28%-lik artım müşahidə olunub.
"AZALJET Gəncə - Sankt-Peterburq reysini uğurla həyata keçirir. 2018-ci ilin planlarında isə Lənkəran - Moskva və Naxçıvan - Moskva reyslərinin açılması var", - aviaşirkətinin vitse-prezidenti vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 636 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed