14.06.2017 [09:20] - Gündəm, DAVAMın yazıları
Bu Dünya- Şirin Dünya,
Quyusu dərin dünya.
Bu gün də belə keçdi,
Yaxşıya kərim dünya.
Quyusu dərin dünya.
Bu gün də belə keçdi,
Yaxşıya kərim dünya.
(Yada düşür yetmiş yaşlı yaşıdlarım)
Bu dünyada hər adamın öz yeri,
İşıqlı dünyada çaşanlar azdır.
Çaşana yerini göstərir dünya,
Dünya bu cəhətdən düzdür, tarazdır.
Tələsən insanlar təndirə düşür,
Kimisi səhv edir kəndirə düşür,
Əyrilər son vaxtlar yaman sürüşür,
Baxmır ki, bu, Kürdür,yoxsa Arazdır.
Topuq məsələsi burda anılmır,
Doğru söz deyəndə insan yanılmır.
Qanmayan, görəsən,niyə yonulmur
Bəlkə elə bilir toxunulmazdır.
Mənim yaşıdlarım gedirlər, haray...
Bəd xəbər səslənir,hər həftə, hər ay...
Niyə vaxtsız -vaxtsız sökülür saray
Bu necə oyundur, bu necə bazdır?
Əvvəllər qorxurdum otuz yeddidən,
İndi qırx yeddiyə yaxın getmirəm.
Fikrimdə dolanır bu fikir hər dəm:
"Ah. Dünya necə də bir oyunbazdır".
70-in yanından sıfrı silən yox,
Sabahkı gününü dəqiq bilən yox.
Nə qədər tutsa da özünü mərd,tox,
Dünyanın bir üzü sərtdir, bombozdur.
Nazim Nəsrəddinov.
14.06.2017.
14.06.2017.
Bu xəbər oxucular tərəfindən 816 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |