Şrift:
Rus komandandan şok etiraf! - Rusiyadan köçürülən ermənilər Türk qətliamı törətməyə hazırlanırlar
08.07.2017 [11:41] - Xəbərlər, DAVAMın yazıları
Arxivlərdə erməni yalanlarını ortaya çıxarmaq üçün xeyli sənədlər mövcuddur. Özü də bu sənədləri imzalayan şəxslərin əksəriyyəti qeyri-türklərdir. Belə sənədlər içərisində türkiyəli araşdırmaçı Mehmet Perincəyin Rusiya dövlət arxivlərindən üzə çıxardığı materiallar maraq doğurur.

Beləliklə, 31 Mart - Azərbaycanlıların soyqırımı günü Rus orduları Qafqaz cəbhəsi komandanı Prjevalskinin 1917-ci ilin 10 mayında Tiflisdəki əsgəri valiyə yazdığı teleqrafı təqdim edirik:

“Rusiyadan köçürülən ermənilər Türk qətliamı törətməyə hazırlanırlar”

“Aprel ayının ortasında türklərin Aşqala bölgəsində toplandığına dair məlumat aldıq. Urati, Cın, Merdiven kəndlərini axtardıqda bu deyilənlərin doğru olmadığı məlum oldu. Sadəcə doqquz əsgər saxlanıldı. Eyni zamanda kəşfiyyatçılar qrupunun komandirinin məlumatına görə, Aşqalada dəmiryol birliyində könüllü çalışan türklər qrupun komandirinə yaxın zamanda işlərini buraxmaq məcburiyyətində qaldıqlarını söyləyiblər. Çünki Rusiyadan köçürülən ermənilər yaxın zamanda Türk qətliamı törətməyə hazırlaşırlar. Ermənilər tərəfindən törədiləcək belə bir hərəkətin gerçəkləşməsini önləmək üçün gərəkli əmrlərin verilməsini ərz edirəm.

Rus orduları Qafqaz cəbhəsi komandanı Prjevalski

10 may 1917-ci il”

Təqdim edib: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 667 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed