Şrift:
İstanbulda narkotik maddələr istehsal edən iranlılara məxsus iki laboratoriya aşkarlanıb
22.08.2017 [10:42] - Güney Azərbaycan xəbərləri, Hüquq
Türkiyənin İstanbul şəhərində gizli fəaliyyət göstərən iki laboratoriyada, müxtəlif narkotik maddələrin istehsalı ilə məşğul iranlılara məxsus banda üzvləri yaxalanıb. Bu barədə Türkiyənin narkotik maddələrə qarşı mübarizə aparan polisi avqustun 21-də məlumat yayıb.

Türkiyənin Milliyyət qəzetinin yaydığı xəbərə əsasən, polis qüvvələrinin İstanbulun “Əlibəy köy” və “Bəyoğlu” məhəllələrində keçirdiyi əməliyyatlarda gizli şəkildə narkotik maddələr istehsal edən, İran vətəndaşlarına məxsus iki laboratoriya aşkarlanıb: “Əməliyyat nəticəsində 4 İran vətəndaşı və bu işdə onlara yardım edən 1 əfqanıstanlı və 7 xarici vətəndaş yaxalanıb. Əsasən “şişə” və “əsid” adlı narkotik maddələr istehsal edən hər iki laboratoriyada, onlarla kiloqram həcmində cürbəcür narkotik maddələr, eləcə də iki tapança aşkarlanaraq götürülüb”.

Polis bölməsinə aparılaraq dindirildiyi bildirilən banda üzvlərinin adları mediaya açıqlanmayıb.
Bu xəbər oxucular tərəfindən 603 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed