19.05.2012 [18:00] - Güney Azərbaycan xəbərləri
Təbriz zindanının məsulları gözlənilmədən azərbaycanlı fəalları ikinci dəfə olaraq yeni bölümə köçürüblər.Bundan öncə mali bölümü ləğv edərək azərbaycanlı fəalları daha ağır şəraitdə olan bölümə köçürən zindan məsulları, bu dəfə onları narkomanların (motadların) saxlanıldığı bölümə köçürüblər. Artıq iki gündür ki, azərbaycanlı fəallar Əfşin Şəhbazi, İbrahim Rəşidi (Savalan), Məhəmməd Əhədi, Ruzbeh Səadəti və Mehrdad Kərəmi yeni bölümə yerləşdirilib.
Qeyd edək ki, sözü gedən bölümdə saxlanılan narkomanların çoxu nevroz xəstəliyi və əsəb gərginliyindən əziyyət çəkir və onların saxlanıldıqları yerdə natəmizlik hökm sürür. Məlumata görə, məhbus narkomanlar arasında hepatit və QİÇS xəstəliyinə yoluxan xəstələr də var.

Bu xəbər oxucular tərəfindən 1192 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |