Şrift:
Ömrün payız etirafı və yaxud ömrün,günün hapı,gopu
23.09.2017 [12:23] - Gündəm, DAVAMın yazıları
Yaman paylaşıram şəkillərimi
Hamının döşünə taxmağa çatar.
Uzun əyyamlardan, günlərdən sonra--
Yada salmaq üçün baxmağa çatar.

***

Demirəm kim isə ağlayacaqdır,
Naləsi ürəyi dağlayacaqdır.
Bir nəsnə vardır ki, bilirəm bunu,
Məni gələcəyə bağlayacaqdır.

***

Bu şəkil- mətbuat, bu şəkil dildir,
Bu şəklin adı da, özü tək güldür.
Bu şəkil çəkilib baba yurdumda,
Deyəsən, keçən il, ya da ki bildir.

***

Bu şəkil-tapıntı,bu bu da - haraydır,

Bu şəkil türk yurdu- Bağçasaraydır...

Bu şəkil türklərin- daş abidəsi,

Bax bu, Koroğludur,bu da Gəraydır.

***

Mən dərsdən,məktəbdən yazmışam az-çox,,
Xoşuma gəlmədi,pozmuşam az-çox...

Məktəb axtarmışam,sanballı məktəb,

Mənim bundan başqa, bir təmənnam yox.

***


Vallah,and içirəm,yerə,göyə mən,

"Təhsil!", "Yaxşı təhsil!"- deyə-deyə mən.

Mənim çobanım da, alimim də var,

Səcdə etməmişəm xana, bəyə mən.


***

Yaxşı tanıyıram Zərdabini mən,

Səid Ünsizadə!..O şəxsə əhsən!

Yaddan çıxmadın sən, İsmayıl Mirzə,

Tərcüman olmaqda mahirsən, təksən.

***

Demirəm dünyanı dolaşmışam mən,

Ancaq nələrəsə yol açmışam mən.

Düşmənə turşudub,sir-sifətimi,

Yaxşı insanlara qol açmışam mən.

***

Hər işim şəkildir, əqlimin şəkli,

Təbiətin şəkli, iqlimin şəkli.

Mənim yazdıqlarım,söylədiklərim,

Bir dərdin yüz şəkli, bəzən - min şəkli.

***

Bəlkə şəklim yoxdur güldüyüm zaman,
Şəkildə görünür ancaq bircə an.
Bu dünya lağlağı dünyası deyil,
Ey şəkil çəkdirən, abırlı dayan.

***

Uca görünməkçün boylanmadım mən,
Soyadım özümün, adım da kı - MƏN..
Tarixdə qalacaq bir sübut kimi
Təmkinli,vüqarlı adımdakı- MƏN.

***

Dünya işləindən xəbərdaram mən,

Yazıram,pozuram,demək, varam mən.

Mənə yaxşılığı dəyən kimsəni,

Nə qədər varamsa,unutmaram mən.




Təbriz.22.09.2017.
Bu xəbər oxucular tərəfindən 767 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed