03.10.2017 [10:21] - Gündəm, DAVAMın yazıları
İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
Cecənin gecə vaxtı,
Dünyanın cücə vaxtı...
Bir az farağat durun,
Salmayın gücə vaxtı.
Şərh yazmaq da oyundur,
Hamı olub şərh yazan.
Bizə elə gəlir ki,
Yoxdur bizdə səhv yazan
Hələ bitməyib şərhim,
Məzahir cavab yazır.
Sanki başımın üstə...
Əlində qələm hazır.
Yuxuladı Nəriman,
Səsi gəlmir,ay aman.
Sözlərin vurğusunu
Öyrənəcək nə zaman?
Deyir saxla samanı,
Gələr bir vaxt zamanı.
Bu saman ondan deyil,
Aldatmayın gümanı.
Ah qocalıq, qocalıq...
Harda qaldı ucalıq?!
Mübahisə zamanı
Ah,nə yaman cığalıq.
Dəymədüşər olmuşuq,
Bəlkə, yaşa dolmuşuq.
Yuxu çəkilib ərşə,
Biz bəy,paşa olmuşuq.
Yığışmaqçın bir yerə,
Zəngləşirik min kərə.
Ultimatum veririk,
İnkirə,həm Münkürə.
Asıb-kəsən vaxtımız,
Korşalıbdır baxtımız.
Öğul-uşaq - tacımız,
Göylərdədir taxtımız...
Ayağımız üç olub,
Gəncliyimiz qıc olub.
Biz deyəni deməyən
Axı niyə gic olub?
İnciməyin Siz Allah,
Siz yaxşısız,maşallah.
Uzatmıram sözümü,
Sözü deyirəm kütah: (qısa)
"Söylədiyim nağıldır,
Bir az yuxu dağıdır.
Buna şeir deməyin,
Özüm üçün ağıdır".
Nazim Nəsrəddinov.
03.10.2017.
Cecənin gecə vaxtı,
Dünyanın cücə vaxtı...
Bir az farağat durun,
Salmayın gücə vaxtı.
Şərh yazmaq da oyundur,
Hamı olub şərh yazan.
Bizə elə gəlir ki,
Yoxdur bizdə səhv yazan
Hələ bitməyib şərhim,
Məzahir cavab yazır.
Sanki başımın üstə...
Əlində qələm hazır.
Yuxuladı Nəriman,
Səsi gəlmir,ay aman.
Sözlərin vurğusunu
Öyrənəcək nə zaman?
Deyir saxla samanı,
Gələr bir vaxt zamanı.
Bu saman ondan deyil,
Aldatmayın gümanı.
Ah qocalıq, qocalıq...
Harda qaldı ucalıq?!
Mübahisə zamanı
Ah,nə yaman cığalıq.
Dəymədüşər olmuşuq,
Bəlkə, yaşa dolmuşuq.
Yuxu çəkilib ərşə,
Biz bəy,paşa olmuşuq.
Yığışmaqçın bir yerə,
Zəngləşirik min kərə.
Ultimatum veririk,
İnkirə,həm Münkürə.
Asıb-kəsən vaxtımız,
Korşalıbdır baxtımız.
Öğul-uşaq - tacımız,
Göylərdədir taxtımız...
Ayağımız üç olub,
Gəncliyimiz qıc olub.
Biz deyəni deməyən
Axı niyə gic olub?
İnciməyin Siz Allah,
Siz yaxşısız,maşallah.
Uzatmıram sözümü,
Sözü deyirəm kütah: (qısa)
"Söylədiyim nağıldır,
Bir az yuxu dağıdır.
Buna şeir deməyin,
Özüm üçün ağıdır".
Nazim Nəsrəddinov.
03.10.2017.
Bu xəbər oxucular tərəfindən 814 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |