Şrift:
Kürün Salyan ərazisindən keçən hissəsində suyun səviyyəsi 1 metr qalxıb
06.10.2017 [06:26] - Hadisə
Kür çayında suyun səviyyəsi qalxıb.
Buna son günlər ölkə ərazisində yağan intensiv yağışlar səbəb olub.
Artım daha çox çayın Salyan rayonu ərazisindən keçən hissəsində müşahidə olunur. Belə ki, sentyabrın 29-dan oktyabrın 5-nə kimi çayın rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi sürətlə artaraq 1 metrə çatıb.
Mütəxəssislərin fikrincə, çayın indiki vəziyyəti rayon üçün elə də təhlükəli deyil. Amma Kür çayının səviyyəsi bu templə qalxarsa, nəinki Salyan, hətta Neftçala rayonu üçün də təhlükə yarada bilər.
Bu xəbər oxucular tərəfindən 385 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed