Şrift:
Gənc qızlarda xərçəng artıb
07.10.2017 [07:26] - Gündəm, Sağlıq
Azərbaycanın tanınmış mammoloq onkoloqu Rəna Abdullayeva gənc qızları və valideynləri diqqətli olmağa çağırıb.

O, gənc qızlarda xərçəng xəstəliyinin sürətlə yayıldığını deyib:

"Xərçəng çox gəncləşib. Artıq 19-20 yaşlı qızlarda süd vəzi xərçənginə rast gəlinir. Mənim ən gənc 19 yaşlı pasiyentimdə süd vəzinin sarkoması - birləşdirici toxumaların bədxassəli şişi aşkarlanmışdı. Bu şiş sürətlə yayılır. 1 il ərzində metastaz verərək, əməliyyat olunsa da xilas etmək mümkün olmadı. Sonradan o qızın anasında da süd vəzi xərçəngi aşkar olundu.

Ümumiyyətlə, nənə, ana, xalada hətta 50 il əvvəl belə süd vəzi şişi, xərçəngi olubsa, həmin ailədəki qızlar, qadınlar mütləq mammoloq nəzarətində olmalı, ildə 1 dəfə müayinə olunmalı, süd vəzilərinin USM müayinəsi olmalı, 40 yaşından sonra isə mammoqrafiyadan keçməlidir. Bu işdə analar məsuliyyətli olmalıdır".

Həkim yeniyetmə qızların 12 yaşından sonra xüsusilə evdə yoxlanmasını zəruri sayır: "Uşaq bəzən anasından utanıb nəyisə gizlədə bilər, amma ailədə, nəsildə genetik olaraq xərçəng olduğunu bilən qadınlar qız uşaqlarını ildə 1 dəfə mammoloq yanına gətirsinlər".
Bu xəbər oxucular tərəfindən 666 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed