Şrift:
Ağdamdakı zəlzələdən sonra 225 afterşok qeydə alınıb
27.11.2017 [09:30] - Gündəm, Hadisə
Noyabrın 15-də Ağdamda baş verən zəlzələdən sonra həmin ərazidə yeraltı təkanların qeydə alınması hələ də davam edir.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, bu ilin ən güclü zəlzələsi noyabrın 15-də Ağdam rayonunda 5,7 maqnituda ilə baş verib: "Noyabrın 15-dən 22-dək ərazidə 225 afterşok qeydə alınıb. Həmin təkanlar hiss olunmayıb. Bu ərazidə afterşoklar hazırda da davam edir”.

Qeyd edək ki, noyabrın 15-də gecə saat 23:48 radələrində Azərbaycanda zəlzələ olub. Zəlzələ əsasən Ağdam, Bərdə, Tərtər və Mingəçevirdə daha çox hiss olunub. Yeraltı təkanlar Ağdamda 6, Tərtər və Bərdədə isə 5-5,7 bal gücündə hiss edilib.
Bu xəbər oxucular tərəfindən 621 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed