22.01.2018 [15:01] - Türkün şanlı tarixi
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cumhuriyyəti ili” elan edilib. Bu il bir sıra ictimai təşkilatlar, dövlət müəssusələri, eləcə də mətbuat nümayəndələri tədbirlər həyata keçirir, müxtəlif təkliflər hazırlayırlar.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin yeni təklifi ilə bağlı məlumat vermişdik. Baş redaktor “ Sahil bağı”nın adının dəyişdirilib “ Cumhuriyyət bağı” adlandırılması təklifi ilə çıxış etmişdi. Baş redaktorun sözlərinə görə, “ Sahil bağı” insanların yadına xalqımıza xəyanət edən 26 Bakı komissarını salır.
“Nəzər yetirsək görərik ki, yaşlı nəsil hələ də “Sahil” bağına “26-lar bağı” deyir”.
Məsələ ilə bağlı danışan tarixçi alim, deputat Fəzail İbrahimli Rəşad Məcidin təklifini yüksək qiymətləndirib: “ Bəli, “Sahil” bağı vaxtilə xalqımızın, millətimizin başına oyun açan, qanını soran 26 Bakı komissarının adı ilə adlandırılıb. Ümumiyyətlə, “ Sahil” bağının məntiqi mənası dənizin sahili deməkdir. Amma ona “ Cumhuriyyət bağı” adı verilərsə, bu bir növ uzun müddət tariximizdə olan ləkənin konpensasiyası olar. Mən bu məsələni belə dəyərləndirərdim. Mən bu təklifi dəstəkləyirəm və müsbət təklif kimi baxıram”.

Bu xəbər oxucular tərəfindən 6321 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |