Şrift:
İran XİN Azərbaycanın notasına cavab verdi
22.06.2012 [13:11] - Gündəm, Güney Azərbaycan-Təbriz
İranın Xarici İşlər Nazirliyi Azərbaycanın iki vətəndaşının həbs edilməsini təsdiq edib. Bu barədə cümə günü Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.
"İran XİN-in Azərbaycanın notasına cavabında deyilir ki, Azərbaycanın iki vətəndaşı Fərid Hüseyn və Şəhriyar Hacızadə cinayət törətməyə cəhddə təqsirləndirilirlər", - Abdullayev bildirib.
Abdullayevin sözlərinə görə, Azərbaycanın Təbrizdəki Baş konsulluğu saxlanılan vətəndaşlarımızla görüşmək tələbi ilə yerli hakimiyyətə müraciət edib.
Azərbaycanın iki vətəndaşı mayın 2-dən İranda itkin düşmüşdülər.
Azərbaycan XİN vətəndaşlarımızla bağlı vəziyyəti aydınlaşdırmaq tələbi ilə bundan əvvəl İran XİN-ə üç nota göndərib.
Bu xəbər oxucular tərəfindən 1418 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed