Şrift:
Yandıran söz,qandıran söz, bir də var adamı dolandıran söz...
06.02.2018 [13:00] - Gündəm, DAVAMın yazıları
*Dünyada yaxşı sözlü adamlar çox imiş.
*Adamları həm işinə,həm də sözünə görə dəyərlndirmək lazımdır.
*Xəbislik və natamamlıq pis nəsnədir.
*Bir adam yalan danışırsa,ondan uzaq olun.
*İkiüzlü və yaramaz adamlarla ancaq salamlaşın.Onların ipinin üstünə odun yığmaq olmaz ha..

*Başqalarına "qızım ", "oğlum" sözü,xitabı ilə müraciət etməyin.Belə adamların çoxunu el məclisinə çağırmaq olmaz.

*Söz kimindir? - O sözü özünə aid edənin.

*Sözü elə deyin ki,sözün içindən başqa söz çıxmasın.

*Sözlü adam gözünü gizlədər.

*Söz söyləyəndə həm düz danış, həm də elə söz danış ki,başa düşülsün.
*Sözlə söyüş - qohum sözlərdir. Sözdə də səs var,söyüşdə də.
*Hər sözün öz yeri var, hər sözün həm əyri, həm də düz yeri var.
*Məclisdə xoşagəlməz,ikibaşlı,pis səslənən söz danışma.
*Sözün də,üzün də qırışığı var.
*Söz güləndə ,üz də gülər.
*Elə danış ki,sözün yerə düşməsin.
*Söz deyəndə elə de ki,adamın canına yağ kimi yayılsın.
*Atın sözü,itin sözü- yalançının bütün sözü.
*Yandıran söz,qandıran söz, bir də var adamı dolandıran söz.
*Söz qəhətə çıxanda,yerini,yurdunu bil.
*Bu söz ki var ha,
şıxdı,getdi,
geri gəlməz bir daha.

*Söz NOVRUZ bayramı süfrəsinin nəsnələrinə oxşayır ;
ərəbdə -süxən,
rusda -slova.
türkdə -söz ...

*Türk dillərində sözün qafiyləri-
söz,döz,köz,öz,çöz..

*Sözü ki çözdün,məsələ də bitdi.



Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
türkoloq.
05.02.2018.

P.S.Yeri gələndə sözü uzununa da,eninə də,
avandına da,tərsinə də oxuyun.
Özünüzdən başlayın.
Bu xəbər oxucular tərəfindən 877 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed