Şrift:
“Razılaşdırılan məsələlər əsasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair böyük sülh sazişinin hazırlanmasına başlamaq olar”
19.10.2011 [13:08] - Xəbərlər
“Həmsədrlər gələn həftənin əvvəlində Bakıda olacaqlar”

“ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə regiona səfərə gələcəklər. Yəqin ki, onlar həftənin əvvəlində Bakıda olacaqlar”.
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazirin sözlərinə görə, həmsədrlərin səfərinin əsas məqsədi Dağlıq Qarabağ problemi üzrə aparılan danışıqlarda açıq qalan məsələləri müəyyən etmək və bu yöndə işi davam etdirməkdir: “Biz açıq qalan məsələlər üzərində işi sürətləndirməliyik”.
E. Məmmədyarov vurğulayıb ki, Azərbaycan əvvəl bəyan etdiyi kimi, indi də böyük sülh sazişi üzərində işlərə başlanmasını istəyir: “Vaxt itirməmək üçün düşünürük ki, böyük sülh sazişi üzərində işə başlamaq lazımdır. İndiyə kimi razılaşdırılan məsələlər əsasında böyük sülh sazişinin hazırlanmasına başlamaq olar”.
Bu xəbər oxucular tərəfindən 1043 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed