Şrift:
Papağımı saxlamışam, qalstuku atmışam
23.04.2018 [12:02] - Gündəm, DAVAMın yazıları
Papağımı saxlamışam,

qalstuku atmışam


Vaxt olub ki,öz işimin,
sənətimin,peşəmin
çobanı da olmuam,
qananı da,
o biri də,
yaxşısı da ,
yamanı da omuşam.
Hər bir halda
bir kimsədən
təmənnam yox,
bir kimsəyə
borcum yox.
Dostlar ilə salam-kəlam
öz yerində,
söz deyilir,söz yerində...

Bütün bunlar,
yaxşıdırmı, yoxsa pisdir?
Neyləyək ki,qocalıq da ,
ahıllıq da,
bu da ömür,bu da işdir.
...Meyvələrin möcüzəsi-çiçək vaxtı ,
uşaq ikən ağsaqqallıq,
lap elə
üz ağlığı-ağ birçək vaxtı,
bir az keçir ,
kallıq ötür -sütül vaxtı ...
Kaş ki bircə olmayaydı
lılıx vaxtı...
işlətmirəm mən o sözü,
filan vaxtı,filan vaxtı...
ən yaxşısı
insan olan adamların insan vaxtı...

Mən bunları
zamanında,ünvanında
yaşamışam...
İndi hələ,ağıl başda,
papaq başda,
işim-gücüm
əyriliklə,
yamanlıqla bir savaşda...
Artıq çoxdan, çıxıb oxdan
çoxlarına yaraşmayan
qalstuku,şlyapanı atmışam mən...
İndi sərbəst bir babayam,
bu dünyanı
sorğu-sual etmək üçün
vaxtım çoxdur,
dünya malı öz yerində...
gözüm toxdur.....
Mərd yaşayıb bu dünyada
mən arzuma,
istəyimə çatmışam.
Bayaqkı söz-
papağımı saxlamışam,
qalstuku atmışam..
.
Bakı.23.04.2018.
Bu xəbər oxucular tərəfindən 653 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed