27.04.2018 [13:32] - Gündəm, DAVAMın yazıları
Bu dünyanın milyon-milyon
qızıl günü,özəl günü,
öz günü...
Bu dünyanın əyri günü, üyrü günü,
düz günü...
***
Canımızın saz vaxtı,
dərdin,qəmin az vaxtı
niyə itirdim səni,
ay ömrümün
güdaz vaxtl,quduz vaxtı,öz vaxtı-
hər nəsnəyə iddialı,mız vaxtı...
***
Boş-boşuna keçən günüm,ayım vay,
Bu zamanı necə anım,sayım , vay...
Bir sözdür də,indi düşdü yadıma,
Deməyin ki,nə salmısan səs,haray.
***
Yeri ,göyü düz düzünə görərdim,
Söyüdlərin saçlarını hörərdim...
Gözıəliyi görən zaman gözlərim,
Deyərdim ki,ah nə sərim,nə dərdim..
***
İndiki vaxt...Dağa pələ gedərdik,
Pəl bəhanə... Elə-belə gedərdik...
Günümüzün ayazıyan vaxtların,
Naşılığı bilə-bilə gedərdik.
***
On gündən bir nobatımız çatanda,
Uşaq-muaq körpə kimi yatanda,
Qoyunları yamaclara sərərdik,
Evə yalnız gələrdik gün batanda.
***
Bu Vəlinin, o,Əlinin qoyunu,
Sahibləri aparardı malların.
Bizi görüb qoca-qoca nənələr
Yaşmağını qaldırardı şalının .
***
Həsən baba qısqananda nənəni,
Bir xanımlıq bürüyərdi Sənəmi.
Qaşı,gözü, ağ birçəyi yerində,
Qoca minib cin atına yenə mi ?
Eh kim nə deyir, özü bilər, oyünər,
Kimin qəlbi nə vaxtacan döyünər....
Hər bir adam əcəlilə oləndə,
O dünyada ancaq özü,öz gününə sevinər...
***
Ömrü boyu qocalığa yox deyən,
Ucalığa simvol olan adım, hey...
Min hiyləyə,
milyon şərə-- torba tikən ,
palanduz...
Şairliyə bir bəhanə,
bir yol olan adım hey..
Nazim bəy,
Nazim bəy....
Nazim Nəsrəddinov.
Bakı.
26.04.2018.
qızıl günü,özəl günü,
öz günü...
Bu dünyanın əyri günü, üyrü günü,
düz günü...
***
Canımızın saz vaxtı,
dərdin,qəmin az vaxtı
niyə itirdim səni,
ay ömrümün
güdaz vaxtl,quduz vaxtı,öz vaxtı-
hər nəsnəyə iddialı,mız vaxtı...
***
Boş-boşuna keçən günüm,ayım vay,
Bu zamanı necə anım,sayım , vay...
Bir sözdür də,indi düşdü yadıma,
Deməyin ki,nə salmısan səs,haray.
***
Yeri ,göyü düz düzünə görərdim,
Söyüdlərin saçlarını hörərdim...
Gözıəliyi görən zaman gözlərim,
Deyərdim ki,ah nə sərim,nə dərdim..
***
İndiki vaxt...Dağa pələ gedərdik,
Pəl bəhanə... Elə-belə gedərdik...
Günümüzün ayazıyan vaxtların,
Naşılığı bilə-bilə gedərdik.
***
On gündən bir nobatımız çatanda,
Uşaq-muaq körpə kimi yatanda,
Qoyunları yamaclara sərərdik,
Evə yalnız gələrdik gün batanda.
***
Bu Vəlinin, o,Əlinin qoyunu,
Sahibləri aparardı malların.
Bizi görüb qoca-qoca nənələr
Yaşmağını qaldırardı şalının .
***
Həsən baba qısqananda nənəni,
Bir xanımlıq bürüyərdi Sənəmi.
Qaşı,gözü, ağ birçəyi yerində,
Qoca minib cin atına yenə mi ?
Eh kim nə deyir, özü bilər, oyünər,
Kimin qəlbi nə vaxtacan döyünər....
Hər bir adam əcəlilə oləndə,
O dünyada ancaq özü,öz gününə sevinər...
***
Ömrü boyu qocalığa yox deyən,
Ucalığa simvol olan adım, hey...
Min hiyləyə,
milyon şərə-- torba tikən ,
palanduz...
Şairliyə bir bəhanə,
bir yol olan adım hey..
Nazim bəy,
Nazim bəy....
Nazim Nəsrəddinov.
Bakı.
26.04.2018.
Bu xəbər oxucular tərəfindən 744 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |