Şrift:
ABŞ-ın birinci xanımı Melani Tramp xəstəxanaya yerləşdirilib
15.05.2018 [11:13] - Gündəm, Sağlıq
Bazar ertəsi Ağ Ev Melani Trampın Uolter Rid adına Milli Hərbi-Tibbi Mərkəzdə böyrəklərinin müalicəsi üçün prosedur keçdiyini bəyan edib.

Birinci xanımın əlaqələri üzrə direktorunun bəyanatında Melani Trampın embolizasiya proseduru keçdiyi bildirilir. Daha sonra bəyanatda deyilir: “Prosedur uğurla, ağırlaşma olmadan keçib. Xanım Tramp Uolter Rid adına Milli Hərbi-Tibbi Mərkəzdədir. Ehtimal ki, bütün həftəni orada qalacaq. Birinci xanım bütün ölkə uşaqları üçün apardığı işlərini davam etdirməkdən ötrü tam sağalmasını gözləyir”.
Bu xəbər oxucular tərəfindən 831 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed