03.07.2012 [10:51] - DAVAMın yazıları
Yolruh ATALI
İstək və İnam
(İçsəs)
İnsan yaşamındakı bütün davranışların, hərəkətlərin, olayların özülündə İnam dayanır.
***
İnanmasan – getməzsən.
Gedəcəyinə inanırsan – gedirsən.
***
İnanmasan – danışmazsan.
Danışacağına inanırsan – danışırsan.
***
İnanmasan – gülməzsən.
Güləcəyinə inanırsan – gülürsən.
***
Hər davranış, hərəkət, olay özüylə ilgili bir istəyə, duyğuya bağlıdır. Davranışın, olayın adı həm də özüylə bağlı istəyin, duyğunun adıdır.
***
“Getmək” həm hərəkətin, olayın adıdır, həm də “getmək” adlı istəyin, duyğunun.
***
“Danışmaq” həm hərəkətin, olayın adıdır, həm də “danışmaq” adlı istəyin, duyğunun.
***
“Gülmək” həm hərəkətin, olayın adıdır, həm də “gülmək” adlı istəyin, duyğunun.
***
İstək – İnamın davranış və olaylar biçimində gerçəkləşməyə can atmasıdır.
***
İradə – İnamın davranış və olay biçimində gerçəkləşməsi, doğrulmasıdır.
***
İnam – birdir, istəklər – milyonlarla. Milyonlarla istək, bir İnamdan yaranır, ondan asılı olur.
***
İnam – insandakı əzəli, əbədi, sonsuz, kamil, mütləq imkandır. İnsan bütün yaşamı boyu içindəki həmin İnam imkanını gerçəkləşdirir.
***
Elə bir istək yoxdur ki, insan onu gerçəkləşdirəcəyinə inanmasın.
İnsan – İnamlı varlıqdır.
***
İnsanın bütün yaşamı – istək və duyğuların yerinə yetirilməsi, gerçəkləşməsidir.
***
İnsan inandığını istəyir, iradə istəyi gerçəkləşdirir.
***
İnsanda inanmadığı nəyisə istəmək – yoxdur.
***
İnsan inanmağa borcludur, məcburdur.
İnsan inanmasa – yaşaya bilməz.
***
Dünyaya inanmadan dünyada yaşamaq olmaz.
Həyata inanmadan həyatda yaşamaq olmaz.
İnsana inanmadan toplumda yaşamaq olmaz.
***
Dünyada inanılmayan hər hansı nəsnə yoxdur.
Dünyada inamı doğrultmayan çox şey var.
***
İradənin təməli – İnamdır.
İnsan öz inamını, istəyini gerçəkləşdirmək iradəsinə inanır.
***
İnsan həyatda İnam cazibəsində, çəkimində yaşayır.
***
İnsan İnam cazibəsindən, çəkimindən qırağa çıxa bilmir. Çıxsa – ölər.
***
Aristotel hərəkətin səbəbini – cazibədə axtarırdı.
İnam Ata hərəkətin səbəbini – Mütləqdə axtarır.
***
Cazibə – Mütləqin ifadəsidir.
Mütləq – Cazibənin qaynağı, özülüdür. Mütləq olmasa, cazibə haradan olar?
***
İnamın təməli – Mütləqdir.
Mütləq – əzəli, əbədi, sonsuz, kamil, tükənməzdir.
***
İnsanın Mütləqə – əzəliyə, əbədiyə, sonsuza, kamilə, tükənməzə inanmaq istəyi var.
***
İstəksizlik – İnamsızlıqdır, Mütləqsizlikdir.
***
Kamilliyə inamın yoxdursa – kamil olmaq istəyin də yoxdur.
***
İnsanlığa inamın yoxdursa – insan olmaq istəyin də yoxdur.
***
Əxlaqa inamın yoxdursa – əxlaqlı olmaq istəyin də yoxdur.
***
Ədalətə inamın yoxdursa – ədalətli olmaq istəyin də yoxdur.
***
Mütləqə inamın yoxdursa – mütləq olmaq istəyin də yoxdur.
***
İnsan əslində istədiyinə görə yox, inandığına görə davranır, hərəkət edir, yaşayır.
***
İnsan inamlı olanda – mümkün olmayanı da eləmək istəyir.
***
İnsan inamsız olanda – mümkün olanı da eləyə bilmir.
***
Yalnız Mütləq olana inam – İnamdır – ruhani fərəhdir.
Mütləq olmayana inam – aldanışdır, ağrı-acıdır, əzabdır.
***
İstəkdə İnsan – İnamını gerçəkləşdirməyə can atır.
***
İnamda İnsan – Mütləqə can atır.
***
İnam – Mütləqin özü və adıdır.
***
Atamız var olsun!
26 Şölə 34-cü il.
(26.6.2012).

Bu xəbər oxucular tərəfindən 1499 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |