Şrift:
Səhiyyə Nazirliyinin tibbi arayışlar registrinə giriş genişləndiriləcək
07.07.2012 [10:54] - Xəbərlər, Sağlıq
Azərbaycan Səhiyyə Nazirliyi tibbi arayışlar registrinin yaradılması işlərini həyata keçirir. Bu arayışlar sonradan Daxili İşlər Nazirliyinin bölmələrinə giriş imkanı əldə edə bilər. Bu barədə nazirlikdən məlumat verilib.
Layihənin ilin sonunda başa çatdırılması planlaşdırılır. Onun reallaşdırılması üçün əlavə vəsaitlərin cəlb olunması nəzərdə tutulur.
Məlumat bazasının formalaşdırılmasından sonra DİN-in struktur bölmələri vətəndaşalara verilən tibbi arayışların həqiqiliyini yoxlaya biləcəklər. Bu, pasportların və sürücülük vəsiqələrinin verilməsi zamanı prosedurları sadələşdirəcək.
Hazırda idarələrarası səviyyədə məlumatların birtərəfli mübadiləsi təmin olunub ki, bu da Səhiyyə Nazirliyinə şəxsiyyət vəsiqəsinin nömrəsi ilə DİN-in məlumat bazasına sorğu verərkən onun sahibi haqqında məlumatları əldə etməyə imkan verir.
Gələcəkdə SN-in elektron bazası respublikanın digər dövlət müəssisələrinin elektron bazaları ilə birləşdiriləcək.
Bu xəbər oxucular tərəfindən 1650 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed