Şrift:
Bu torpaq xınalı qurban istəyir…
07.07.2012 [14:59] - Gündəm, Mədəniyyət
Mustafa ZİYA / KƏRKÜK

TORPAQ

(Şəhid Yavuz Əfəndioğlu və bütün Türklük şəhidlərinin əziz ruhuna)

Bu torpaq susamış can, qan istəyir,
Bu torpaq xınalı qurban istəyir.
Tozunu qoparan, daşını dələn,
Yağız atlılara dövran istəyir.

Kirlənən dağları yıxanmalıdır,
Dinən qasırğalar şahlanmalıdır.
Yolları axıncı dolub-daşmalı,
Görən
məhşər günüdür -
sanmalıdır.

Kükrə, Gürgür Baba, yax, siyah suyu,
dağıt bu düzəni, poz bu pusuyu…
Sənə çirkli neft deyil, al qan gərək,
Hər Türkmanın qəlbində aç, bir quyu…

Kəfənlə gömülen utansın bugün,
Bu bir qanlı düyündür, qanlı düyün…
Yavuzlar torpağı qanla sularkən,
Nədir sənin ürkək-ürkək durduğun..?

Bu torpaq susamış canan istəyir,
Nurəddin Zəngidən fərman istəyir.
Atabəylər gözlər Qarasarayda,
Əbdülhəmid kimi sultan istəyir.

Dəclənin suları ağlasın artıq,
Nuh tufanı kimi çağlasın artıq..!
Kərkükün səsiylə oxunsun azan,
Hoyrat ürəkləri dağlasın, artıq..!
Bu xəbər oxucular tərəfindən 1430 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed