Şrift:
Ağcabədidə Aşura günündə hemofiliyalı və talassemiyalı xəstələr üçün qan verilib
20.09.2018 [17:10] - Gündəm, İslam dini
Aşura günü ilə əlaqədar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında keçirilən qanvermə aksiyasında 125 nəfər könüllü qan verib.

Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə reallaşan aksiyada rayon sakinləri, dindarlar fəal iştirak ediblər. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun əməkdaşları tərəfindən toplanan qan müayinədən keçdikdən sonra hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə ediləcək.
Bu xəbər oxucular tərəfindən 788 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed