Şrift:
Azərbaycan Xalq Cəbhəsinin yaradılmasından 23 il ötür
16.07.2012 [11:33] - Türkün şanlı tarixi, Özəl xəbər
Bu gün Azərbaycanda milli azadlıq hərəkatına başçılıq edən mütəşəkkil siyasi təşkilatın - Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasından 23 il ötür.
AXC 1989-cu il iyulun 16-da Bakıda keçirilən gizli konfransda təsis edilib.
AXC-nin ilk sədri Əbülfəz Elçibəy olub. Təsis konfransında 15 nəfərdən ibarət ilk İdarə Heyəti formalaşıb. İsa Qəmbər, Etibar Məmmədov, Hikmət Hacızadə, Leyla Yunus, Pənah Hüseyn, Nəcəf Nəcəfov, Tofiq Qasımov, Yusif Səmədoğlu, Zərdüşt Əlizadə, Sabit Bağırov, Sülhəddin Əkbər, Canbaxış Umudov, Nemət Pənahlı, Rəhim Qazıyev, Ələkrəm Hümbətov İdarə Heyətinin ilk üzvləri olublar. Onlardan üçü - Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy, xalq yazıçısı Yusif Səmədoğlu və “Azadlıq” qəzetinin təsisçisi və ilk redaktoru Nəcəf Nəcəfov artıq dünyalarını dəyişiblər.

DAVAM.AZ: Azərbaycanın müstəqilliyində önəmli rol oynayan bu siyasi təşkilat "rənglərini tez-tez dəyişən" və hərdən "başı sarğılı" və hərdən də "molla" kimi danışanların əlinə keçəndən sonra "qrantların" əzici təzyiqi ilə mahiyyətini tamamilə dəyişərək "kiçik qurup" mənafeyinə xidmətlə məşğuldur...
Bizlər - Azərbaycan Türk sevdalıları olaraq BÜTÖV AZƏRBAYCANA - TÜRK DÜNYASININ TAMLAŞMASINA davam...davam...deyirik!!!
Bu xəbər oxucular tərəfindən 3985 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed