16.10.2018 [09:06] - Gündəm, DAVAMın yazıları
Nazim Nəsrəddinov.
İşimin-gücümün yox vaxtlarında,
Deməli, günümün çox vaxtlarında,
Gözümün dünyadan tox vaxtlarında
Dünyanı döyürəm barmaqlarımla..
Baxıram,hər tərəf güldür, çiçəkdir,
Biri 0 birindən daha göyçəkdir.
Çox sözdən kim isə inciyəcəkdir-
Sözümü öyürəm barmaqlarımla
Naşının sözünü çeynəmək olmur,
Söz - sov da qurtarıb, küyləmək olmur.
Hər sözü hündürdən söyləmək olmur-
Pisləri söyürəm barmaqlarımla.
Gülləerə baxıram,güllər xoş gəlir,
İllər keçib gedir,illər boş gəlir,
Əllərim çiçəyə, gülə tuş gəlir-
Sözümü deyirəm barmaqlarımla...
Hər gülün sığalı -heyrət,möcüzə,
İllər nə tez gəldi görün bir necə?!..
Yadımdan çıxan söz gəldi indicə-
Ömrümə xeyiirəm barmaqlarımla.
Bakı,
Bu xəbər oxucular tərəfindən 679 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |