Şrift:
Yağan yağış sürüşmə sahəsində asılı qalmış torpaq qatında kütlənin ağırlaşmasına səbəb olub
17.10.2018 [10:32] - Gündəm, Hadisə
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın üzvləri Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında gecəboyu müşahidələr aparıblar. Gecə saatlarından etibarən yağış yağmağa başlayıb. Hazırda ərazidə duman müşahidə edilir. Sürüşmə sahəsində saat 09:00-a olan monitorinqlərin nəticəsinə görə, yol istiqamətinə tökülmüş torpaq qatında artım qeydə alınıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının rəisi, qərargah üzvü Əziz Qaralov məlumat verib.

Ekspedisiya rəisi bildirib ki, yağan yağış asılı qalmış torpaq qatında kütlənin ağırlaşmasına səbəb olub. Ara-sıra uçqunlar baş verir. Sürüşmə prosesində gərginlik davam edir.
Bu xəbər oxucular tərəfindən 528 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed