Şrift:
Gürcüstanda havanın kəskin dəyişməsi və qasırğa barədə əhaliyə xəbərdarlıq edilib
24.10.2018 [10:35] - Gündəm, Hadisə
Oktyabrın 25-dən 27-dək Gürcüstanda hava şəraitinin kəskin dəyişəcəyi, Qara dəniz sahillərində 4-5 ballıq qasırğa olacağı barədə əhaliyə və turistlərə ciddi xəbərdarlıq edilib.

Məlumatı Gürcüstanın Ətraf Mühitin Mühafizəsi Agentliyi yayıb.

Agentliyin məlumatında deyilir ki, oktyabrın 26-27-də ölkə ərazisində hava kəskin soyuyacaq, leysan yağışları, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq, güclü külək əsəcək, Qara dənizdə 4-5 ballıq qasırğa olacaq. Güclü yağışlar nəticəsində çaylarda suyun səviyyəsi artacaq, sel suları yaranacaq, ayrı-ayrı ərazilərdə torpaq sürüşməsinin olacağı ehtimal edilir.

Agentlik həmin günlərdə dənizdə çimməyin, dağlara gəzintiyə getməyin təhlükəli olduğunu bildirir.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 579 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed