Şrift:
İzmirdə TÜRKPA-nın 8-ci plenar iclası keçiriləcək
15.11.2018 [10:14] - Xəbərlər, Türk dünyası-Turan
Noyabrın 20-21-də Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə İzmir şəhərində TÜRKPA-nın 8-ci plenar iclası keçiriləcək.

TÜRKPA-dan bildiriblər ki, plenar iclasdan əvvəl Assambleya Şurasının iclası baş tutacaq, sədrlik Qırğızıstan Respublikası Joqorku Keneşindən Türkiyə Böyük Millət Məclisinə təhvil veriləcək.

Noyabrın 21-də plenar iclas çərçivəsində TÜRKPA-nın 10 illiyinə həsr edilmiş “TÜRKPA-nın ilk 10 ili və parlamentlərarası əməkdaşlığın gələcəyi: Yeni yanaşmalar” adlı beynəlxalq konfrans keçiriləcək.

Üzv ölkələrin parlament sədrləri, o cümlədən türkdilli ölkələrin əməkdaşlıq qurumları və beynəlxalq təşkilatlar tədbirdə iştirak edəcəklər.

İclasın gündəliyinə TÜRKPA daimi komissiyalarının sonuncu iclaslarının hesabat məruzələri və tövsiyə qərarları, TÜRKPA beynəlxalq müşahidəçi missiyalarının Türkiyədə keçirilən prezident və parlament seçkilərini və Azərbaycanda keçirilən prezident seçkiləri haqqında hesabat məruzələri daxildir.

Plenar iclasın yekununda İzmir bəyannaməsi qəbul ediləcək.
Bu xəbər oxucular tərəfindən 564 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed