Şrift:
Türkiyə alimlərinin yeni əməliyyat üsulu dünya tibb ədəbiyyatına daxil edilib
25.02.2019 [11:05] - Sağlıq
Qara Dəniz Texniki Universitetinin tibb fakültəsinin döş qəfəsi cərrahiyyəsi bölümünün əməkdaşları tərəfindən tətbiq edilən yeni əməliyyat üsulu dünya tibb ədəbiyyatına daxil edilib. Bu əməliyyat nəfəs borusunda darlığın meydana gəlməsi nəticəsində nəfəsalma çətinliyi çəkən xəstələr üzərində aparılıb.

Dünyada ilk dəfə həyata keçirilən bu üsul sayəsində əməliyyatdan sonra bir müddət çənənin sinəyə tikili vəziyyətdə qalması prosesi aradan qalxıb.

Universitet alimlərinin verdikləri məlumata görə, tətbiq edilən yeni üsul xəstələrin əməliyyatdan sonra daha tez və rahat sağalması baxımından çox əhəmiyyətlidir.



Günel Məlikova
Bu xəbər oxucular tərəfindən 467 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed