Şrift:
I Vitse-prezidentin köməkçisi: “Vəkilliyə qəbul qaydalarının və sualların yüngülləşdirilməsinə ehtiyac var”
31.05.2019 [11:14] - Hüquq
“Azərbaycanda vəkillərin sayı elə də çox deyil”.

Bunu Bakıda keçirilən “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” konfransında Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov deyib.

O bildirib ki, son il yarım ərzində bu rəqəm 800-dən 1500 nəfərə qədər artıb: “Bu da çox yaxşı haldır. Lakin qanunvericiliyə qoyulmuş məhdudiyyətlər, xüsusilə də nümayəndəlik institutu ilə bağlı məhdudiyyətlər bəzi kateqoriyalı şəxslərin, xüsusilə Bakıdan kənarda olan şəxslərin məhkəməyə müraciət etmək imkanlarına maneələr yaradıb. Bizdə olan məlumata görə, elə rayon var ki, orada bir nəfər vəkil fəaliyyət göstərir”.

G. Kərimov qeyd edib ki, vəkilliyə qəbul qaydalarının və ixtisas suallarının yüngülləşdirilməsinə müəyyən ehtiyac var.
Bu xəbər oxucular tərəfindən 629 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed