Şrift:
Naxçıvan-Cəhri-Şahbuz ortatəzyiqli qaz xətti 13 min abonentə xidmət göstərəcəkdir
20.08.2012 [12:35] - İqtisadiyyat
Ümumi uzunluğu 27 kilometr olan Naxçıvan-Cəhri-Şahbuz ortatəzyiqli qaz xətti 1,5 metr dərinlikdə çəkilir və katod qoruma sistemi ilə təmin edilir.
“Naxçıvanqaz” İstehsalat Birliyindən bildirmişlər ki, ortatəzyiqli boru xəttinin çəkilişi üçün Türkiyədən 10 min 192 metr boru alınıb gətirilmişdir. Bu günə qədər 8 min 70 metr məsafədə qaynaq işləri görülərək xüsusi cihazlarla keyfiyyət göstəriciləri yoxlanılmış, 6 min 500 metr məsafədə kanal qazılmış, torpaq işləri görülmüş, 5 min 80 metr məsafədə borular kanala salınıb qoruyucu lent çəkilərək örtülmüşdür.
İstismara verildikdən sonra yay aylarında kəmər vasitəsilə gündəlik 40 min kubmetr, qış aylarında isə gündəlik 160 min kubmetr qaz nəql etmək mümkün olacaqdır. Qaz kəməri 13 min abonentə xidmət göstərəcəkdir.
Tikintidə muxtar respublikanın relyefinə və təbii iqlim şəraitinə uyğun materiallardan istifadə edilir, onların keyfiyyəti və davamlılığı nəzərə alınır, təhlükəsizlik normalarına ciddi əməl olunur.
Bu xəbər oxucular tərəfindən 1640 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed