Şrift:
AQTA GMO bitkilərin siyahısını açıqlayıb
11.07.2019 [10:59] - Gündəm, Sağlıq
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Geni Modifikasiya Olunmuş (GMO) bitki növlərinin siyahısını açıqlayıb.

AQTA-dan verilən məlumata görə, hazırda dünyada istehsal edilən genetik modifikasiya olunmuş bitki növlərinin sayı cəmi 30-dur.

Məlumatda əsasən, Ümumdünya Səhiyyə Təşkilatı (WHO) geni modifikiasiya edilmiş bitkilərinin istehlakının insan üçün təhlükəsiz olması ilə bağlı bildirir ki, bu cür bitkilərin həm qida, həm də yem kimi istifadəsinə icazə verilən ölkələrdə sağlamlığa yönəlmiş heç bir təsiri aşkar olunmayıb. Avropa Komisiyyasının verdiyi məlumata görə, 25 ildə 500 müstəqil tədqiqat müəssisəsində həyata keçirilən 150 tədqiqat proyekti zamanı GMO – nun təhlükəli olması ilə bağlı heç bir nəticə əldə olunmayıb. Hazırda dünyanın bir çox ölkəsində GMO istehsalı ilə məşğul olan şirkətlər mövcuddur.

Geni modifikasiya olunmuş bitki növlərinin siyahısını təqdim edirik:

1. Pomidor (Lycopersicon esculentum) Kanada, Çin, Meksika, ABŞ
2. Yemiş (Cucumis melo) ABŞ
3. Alma (Malus x Domestica) Kanada, ABŞ
4. Kartof (Solanum tuberosum L) Rusiya
5. Əkin yoncası (Medicago sativa)
Argentina, Avstraliya, Kanada, Yaponiya, Meksika, Yeni Zelandiya, Sinqapur, Cənubi Koreya, ABŞ
6. Lobya (Phaseolus vulgaris) Brazilya
7. Pambıq (Gossypium hirsutum L.) Argentina, Avstraliya, Brazilya, Qərbi Afrika, Kanada, Çin, Kolumbiya, Efiopiya, AB, Hindistan,Yaponiya, Malaziya, Myanmar, Yeni Zelandiya, Paraqvay, Filippin, Sinqapur, Pakistan, Cənubi Aftrika, Cənubi Koreya, Sudan, Tayvan, ABŞ, Svaziland
8. Badımcan (Solanum melongena) Bangladeş
9. Kətan (Linum usitatissimum L.) Kanda, Kolumbiya, ABŞ
10. Qarğıdalı (Zea mays L.) Argentina, Avstraliya, Brazilya, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, Kuba, Misir, AB, Honduras, İndoneziya, İran, Meksika,Yaponiya, Malaziya, Yeni Zelandiya, Nigeriya, Panama, Paraqvay, Filippin, Rusiya, Sinqapur, Pakistan, Cənubi Aftrika, Cənubi Koreya, Sudan, İsveçrə, Tayvan, Tayland, Tükiyə, ABŞ, Uruqvay, Vyetnam, Zambiya
11. Gavalı (Prunus domestica) ABŞ
12. Raps (Brassica rapa) Kanada
13. Düyü (Oryza sativa L.) Avstraliya, Kanada, Çin, Kolumbiya, Honduras, Yaponiya, İran, Meksika, Yeni Zellandiya, Filippin, Rusiya, Cənubi Afrika, ABŞ
14. Qızıl gül (Rosa hybrida)
Avstraliya, Kolumbiya, Yaponiya, ABŞ
15. Saflor (Carthamus tinctorius L.) Avstraliya
16. Soya (Glycine max L.)
Argentina, Avstraliya, Boleviya, Brazilya, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, AB, Hindistan, İndoneziya, İran, Meksika,Yaponiya, Malaziya, Yeni Zelandiya, Nigeriya, Paraqvay, Filippin, Rusiya, Sinqapur, Cənubi Aftrika, Cənubi Koreya, İsveçrə, Tayvan, Tayland, Tükiyə, ABŞ, Uruqvay, Vyetnam
17. Balqabaq (Cucurbita pepo) Kanada, ABŞ
18. Şəkər çuğunduru (Beta vulgaris) Avstraliya, Kanada, Çin, Kolumbiya, AB,Yaponiya, Meksika, Yeni Zellandiya, Filippin, Rusiya, Sinqapur, Cənubi Koreya, Tayvan, ABŞ
19. Şəkər qamışı (Saccharum sp) Brazilya, Kanada, İndoneziya, ABŞ
20. Şirin bibər (Capsicum annuum) Çin
21. Tütün (Nicotiana tabacum L.) AB, ABŞ
22. Yumşaq buğda (Triticum aestivum) Avstraliya, Kolumbiya, Yeni Zelandiya, ABŞ
23. Kanola (Brassica napus) Avstraliya, Kanada, Çili, Çin,AB, Malaziya, Meksika, Yeni Zelandiya, Filippin, Sinqapur, Cənubi Afrika, Cənubi Koreya, Taivan, ABŞ
24. Qərənfili (Dianthus caryophyllus) Avstraliya, Kolumbiya, AB, Yaponiya, Malaziya, Norveç
25. Adi kasnı (Cichorium intybus) ABŞ
26. Sürünən tarlaotu (Agrostis stolonifera) ABŞ
27. Evkalipt (Eucalyptus sp.) Brazilya
28. Papaya (Carica papaya) Kanada, Çin, Yaponiya, ABŞ
29. Petunya (Petunia hybrida) Çin
30. Qovaq (Populus sp.) Çin

Qeyd edək ki, bu bitki növlərinin Azərbaycanda istehsalı və idxalı qadağandır.
Bu xəbər oxucular tərəfindən 501 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed