Şrift:
Ömrün ünsiyyəti
19.09.2019 [09:03] - Gündəm, DAVAMın yazıları
Sapa düyün düşüb,eşə bilmirəm,

Şirin xəyallara düşə bilmirəm...

Gedirəm yolumu öz sürətimlə,

Bu - çöldür,dərədir,meşə...bilmirəm.

***

İlləri sayanda gülərdim bir vaxt,

Qocalıq gəlirmiş çox səsssiz,bivaxt.

Bəxtə inanmırdım heç zaman,heç vaxt,

Var imiş yaxşı bəxt, həm də yaman bəxt.

***

Dünyaya gələndə mən də ağladım,

Neçə gün gözümə yaylıq bağladım.

Böyüdüm,böyüdüm,..bilmədim niyə,

Ağır günlərimi sona saxladım.

***

Qayğısız günlərim,illərim getdi,

Şirin nəğmə deyən dillərim getdi.

(Hər sözü söyləmək,demək çətindir,

Nə qədər çiçəyim,güllərim getdi).

***

Mən hələ dünyaya borcluyam,aman,

Kiminsə yanında suçluyam,aman...

Oğul tək,qardaş tək işlərim çoxdur,

Bunlara güc çatmır,yorğunam yaman.

***

İndi atılan daş geri qayıdır,

Ahım gözüm görən göyü dağıdır.

Dünya -bu dünyadır-hamımız-qonaq,

Burada hər tərəf cənnət bağıdır.

***

Ehey!... Qınamasın məni nadanlar,

(Adı nadandırsa,nadan nə anlar?)

Sizinlə ünsiyyət necə də xoşdur,

Adamlar,adamlar,yaxşı adamlar...



Nazim Nəsrəddinov.

12.09.2019.
Bu xəbər oxucular tərəfindən 707 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed