Şrift:
Tehranda qəbul olunmuş Yekun Sənəddə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi qeyd olunub
01.09.2012 [15:59] - Güney Azərbaycan xəbərləri, Diaspor
Tehranda keçirilmiş Qoşulmama Hərəkatının Zirvə toplantısının sonunda qəbul olunmuş Yekun Sənəddə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi qeyd olunub.
XİN-in mətbuat xidmətinin verdiyi məlumata görə, sənəddə dövlət və ya hökumət başçıları Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmamış qalmasından, onun beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid etməyə davam etməsindən təəssüfləndiklərini ifadə ediblər. Onlar BMT nizamnaməsində təsbit olunmuş gücdən istifadə etməmək prinsipinin vacibliyini bir daha təsdiqləyib və tərəfləri münaqişənin Azərbaycan Respublikasının ərazi bütovlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində danışıqlar yolu ilə həlli üçün səylərini davam etdirməyə çağırıblar.
Qeyd edək ki, bu ilin 30-31 avqust tarixlərində Tehranda keçirilmiş Qoşulmama Hərəkatının Zirvə toplantısının sonunda Yekun Sənəd qəbul olunub. Sənədin 391-ci maddəsi Ermənistan-Azərbaycan münaqişəsinə həsr edilib.
Bu xəbər oxucular tərəfindən 1335 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed