Şrift:
145 yaşlı Şamaxı Məclis Məktəbi (indiki Şamaxı Avropa Liseyi)
07.10.2019 [09:30] - Gündəm, DAVAMın yazıları
Türk dünyasının fazillərindən biri olan Səid Əfəndi Ünsizadənin
(1842, Şamaxı - 1903,İstanbul) 1874-cü ildə Şamaxıda yaratdığı Məclis
Məktəbinin ( indiki Şamaxı Avropa Liseyinin) 2014-cü il dekabrın 13-də140 illik
yubileyini böyük təmtəraqla Şamaxı Mədəniyyət Sarayında keçirilmişir.
O vaxt dəvətli olsalar da, bu tarixi əhəmiyyəti olan tədbirə Azərbaycan Respublikası
Təhsil Nazirliyindən heç kəs gəlməmişdi.
Tədbirə dəvət alanlardan RespublikaTəhsil Şurasının sədri,professor
ƏjdərAğayevin tədbirdəki çıxışı maraqla qarşılanmışdı.
Ərazinin Milli Məclisdə fəal görünən deputatı da bu böyük tədbirdə iştitak edə
bilməmişdi; deyəsən, Avropaya ali iclasların birinə getmişdi.
Respublika əhəmiyyətli böyük dövlət tədbirə dəvət olunduğu üçün Şamaxının icra
başçısı tədbirə öz müavinini göndərmişdi.
O vaxtlar Azərbaycan Respublikasının vergilər naziri- bu məktəbin məzunu
Fazil Məmmədov tədbirin maliyəməsələlərinə kömək etsə də,tədbirə gəlməyə
vaxt tapmamışdı.

Tədbir çox maraqlı keçdi.
Biz hər nəsnədən əvvəl Azərbaycan təhsilinin müəyyən şərəfli səhifələrini
Avropadan gəlib, Azərbaycanda bizə dərs keçən Qraeme Pollock'a göstərə bildik.
Mister Q.Pollock onda Bakıdakı Avropa Azərbaycan Məktəbinin direktoru idi.Bu
məktəb Şamaxı AvropaLiseyi ilə qardaşlaşmış təhsil ocağıdır.
Q.Pollock indi Azərbaycan Müəllim İnkişaf Mərkzinin -AMİM-in rəhbəridir.

Tədbirdən keçən illər ərzində Məclis Məktbinin yaradıcıları haqqında çoxlu
yeni materiallar tapılmışdır.
Səid Ünsizadənin və burada S.Ə.Şirvani ilə birlikdə müəllimlik edən Cəlal
Ünsizadənin həyat vəyaradığılıqları haqqında kölgədə qalan xeyli məlumat və
informasiyalar aşkarlanmışdır.
Səid Ünsizadənin və onun qardaşı Cəlal Ünsizadənin foto şəkilləri tapılmışdır.
Ünsizadələr nəslinin -Türkiyədəki nümayəndələri haqqında təhsil tariximiz üçün
gərəkli olan ziyalılarnəslinin nümayəndələri ilə əlaqələr yaradılmışdır..Onlar
Türkiyənin elit təbəqələrini təmsil esən Ünsi'lər və Arkun'lardır.

Hörmətli təhsil tarixçiləri və təhsil ictimaiyyəti!
Gəlin , Şamaxı Məclis Məktəbinin 145 illiyini daha geniş miqyasda,respublika
səviyyəsində keçirək.
Səid Ünsizadənin həyat və yaradıcılığının tədqiqatçısı, təhsiləsələdən hali olan,
təhsil tariximizin araşdırıcısıkimi, mən bu işdə əlidən gələn köməkliyi etməyə
hazıram.
Unutmayın ki,Şamaxı Məclis Məktəbi türkdilli məktəb tarixinin mötəbər təhsil
ocaqlarından biri olmuşdur.


Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq

05.10.2019.
Bu xəbər oxucular tərəfindən 715 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed