Şrift:
Nazim Nəsrəddinov: - Kitab axtarışları
10.10.2019 [11:00] - Gündəm, DAVAMın yazıları
Hər bir kitab-- dil kitabı...
Dil kitabı-əl kitabı...
Dil kitabı- him kitabı...
Dil kitabı - cim kitabı..
..
Dil kitabı - lal kitabı,
dil kitabı- hal kitabı..
Kitab var ki- söz kitabı,
kitab var ki - hər adamın
öz kitabı...
Kitab var ki, od kimidir,
kitab var ki, qor kimidir.
Ktab var ki, hərflərini
gözün görmür,
oxuduğun tor kimidir.
Kitab var ki, əsrlərdən
keçib gəlib.
hər diyarın bulağıdan
şirin sular içib gəlib.
Kitab var ki, nadanarı adam edir,
kitab var ki, insan ömrün
bir andaca tamam edir.
Kitab var ki,
hər sözünün sətiraltı mənası var.
Kitab var ki, tərcüməsiz
hər cümsi hər adama əyan olur.
Kitab var ki,oxuyursan,
oxuduğun ziyan olur....
Kitab var ki,
oxuyanlar fazil olub...
Kitab var ki,
müqəddəsdir, nazil olub..
Çoxaldıqca günümüzün kitabları
çözələnir, incələnir deyilən söz,
dəyişilir insanların bir -birin xitabları;
nökər kimi işləyən də bir bəy olur,
süpürgəçi - xanım olur,
belə halda "xanım" sözü,
kimlərəsə qənim olur...

Kitab var ki, oxuyursan,
eləsi var-toxuyursan...
Eləsi var
sağolmuşlar elə yazıb-pozublar ki,
tamam-kamal tammacadır...
Başqa sözlə - atmacadır,tutmacadır.
***
Kitab - dildir-hər millətin dil kitabı,
əl kitabl,
him kitabı,
cim kitabı....
Danışmıramhim-cim ilə,
dərdə əlac axtarıram..
Yaxşı kitab yazanlara,
kitabdan tac axtarlram...

10.10.2019..
Bu xəbər oxucular tərəfindən 663 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed