29.10.2019 [16:28] - Gündəm, DAVAMın yazıları
Hamı bilməlidir yeri hardadır,
Alqış öz yerində olana, alqış...
***
İlim var, ayım var əsrə bərabər,
Heç nəyə bərabər günlərim də var...
Şirin xatirələr, şirin duyğular
Ömrün hər anında, günlərində var.
***
Mənim təriflərə ehtiyacım yox,
Təki ürəyimdən gəlsin avazım.
Yolun əyrisi də, düzü də olur,
Mənim nə haqqım var, yolumu azım?
***
Bilirəm, nadanlar- adam deyillər,
Niyə hələ qalıb belə veyillər?...
Adamın alçağı- alçaqlıq deyil,
Gərək pislənilsin alçaq meyillər...
***
Dünya gəlir gedir, Süleyman yoxdur.
Adam var, zatında din, iman yoxdur.
Bu günün işini vaxtında gör ki,
Vallah, sabaha da heç güman yoxdur.
***
Salam ver, salam al, salamat ol ki,
Yaşasın həyatda tərəzi, ölçü.
Dünənki bildirçin qartal olanda
Öl ki, ölsün, getsin elə dünənki.
***
Sözü düz deyirəm, söz oynatmıram,
Ocağın içində köz oynatmıram.
Gedirəm, gəlirəm, öz yolum ilə,
Nüktəgirlik edib göz oynatmıram.
***
Yadıma düşəndə qırx ilin sözü,
Hələ axtarıram doğrunu, düzü.
Sabaha ümidin itməsin deyə
Gərək ümid olsun ümidin özü.
***
Ömür gəlir keçir, heç nə soruşmur,
Elə illər var ki, ilə qovuşmur.
Bəzən dediyin söz tarixə düşür,
Söz var ki, o sözə bir quruş düçmür.
***
Gül kimi sözümüz olduğu halda,Özgə qapıların açmayaq gərək.
Sözün doğrusunu bəyənir hamı,
Doğrudan yalana qaçmayaq gərək.
***Hamı bilməlidir yeri hardadır,Alqış öz yerində olana,alqış.Əslindən, nəslindən öyüd-nəsihət,Babadan məsləhət alana - alqış...***
Yaşa,yaşamağın günah deyilsə,
Yaşamaq yanmaqdır... Yanmaq!...Nə isə....
Dünya beş-on günə düzələ bilər,
Hərə öz yerini tanıya bilsə.
Nazim Nəsrəddinov.
28.10.2019
Alqış öz yerində olana, alqış...
***
İlim var, ayım var əsrə bərabər,
Heç nəyə bərabər günlərim də var...
Şirin xatirələr, şirin duyğular
Ömrün hər anında, günlərində var.
***
Mənim təriflərə ehtiyacım yox,
Təki ürəyimdən gəlsin avazım.
Yolun əyrisi də, düzü də olur,
Mənim nə haqqım var, yolumu azım?
***
Bilirəm, nadanlar- adam deyillər,
Niyə hələ qalıb belə veyillər?...
Adamın alçağı- alçaqlıq deyil,
Gərək pislənilsin alçaq meyillər...
***
Dünya gəlir gedir, Süleyman yoxdur.
Adam var, zatında din, iman yoxdur.
Bu günün işini vaxtında gör ki,
Vallah, sabaha da heç güman yoxdur.
***
Salam ver, salam al, salamat ol ki,
Yaşasın həyatda tərəzi, ölçü.
Dünənki bildirçin qartal olanda
Öl ki, ölsün, getsin elə dünənki.
***
Sözü düz deyirəm, söz oynatmıram,
Ocağın içində köz oynatmıram.
Gedirəm, gəlirəm, öz yolum ilə,
Nüktəgirlik edib göz oynatmıram.
***
Yadıma düşəndə qırx ilin sözü,
Hələ axtarıram doğrunu, düzü.
Sabaha ümidin itməsin deyə
Gərək ümid olsun ümidin özü.
***
Ömür gəlir keçir, heç nə soruşmur,
Elə illər var ki, ilə qovuşmur.
Bəzən dediyin söz tarixə düşür,
Söz var ki, o sözə bir quruş düçmür.
***
Gül kimi sözümüz olduğu halda,Özgə qapıların açmayaq gərək.
Sözün doğrusunu bəyənir hamı,
Doğrudan yalana qaçmayaq gərək.
***Hamı bilməlidir yeri hardadır,Alqış öz yerində olana,alqış.Əslindən, nəslindən öyüd-nəsihət,Babadan məsləhət alana - alqış...***
Yaşa,yaşamağın günah deyilsə,
Yaşamaq yanmaqdır... Yanmaq!...Nə isə....
Dünya beş-on günə düzələ bilər,
Hərə öz yerini tanıya bilsə.
Nazim Nəsrəddinov.
28.10.2019
Bu xəbər oxucular tərəfindən 6246 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |