Şrift:
Rəfsəncani iranın böhrandan çıxış yolunu azad seçkidə gördüyünü deyir
12.09.2012 [11:52] - Güney Azərbaycan xəbərləri
İran "İslam" Respublikası Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri ayətullah Haşimi Rəfsəncani sentyabrın 10-da bir qrup tələbə ilə görüşüb. Haşimi Rəfsəncani deyib ki, ölkənin hazırkı iqtisadi və siyasi böhrandan çıxmasının yeganə şərti növbəti prezident seçkisinin azad və şəffaf keçirilməsidir: “Tələbələr ölkənin indiki böhrandan çıxış yolları haqda mənə tez-tez suallar verirlər. Hesab edirəm k, növbəti prezident seçkisinin azad, şəffaf və konstitusiyaya uyğun keçirilməsi ölkə problemlərinin böyük bir qismini həll edə bilər.

Böhrandan çıxmaq üçün məntiqlə, ağılla tərpənmək, ifratdan və yalançı qalmaqallardan uzaq durmaq da lazımdır. Bu gün ali təhsil ocaqlarında müəllimlərə və tələbələrə qarşı aqressiv davranış islama və şiə əqidəsinə uyğun gəlmir. Təəssüflər olsun ki, müəllim və tələbələrlə bu tərzdə davranılması onların – tələbələrin, elita nümayəndələrinin ölkədən mühacirət etməsinə səbəb olur”.

İranda növbəti prezident seçkisi 2013-cü il iyulun 14-də keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 936 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed