Şrift:
Ələtdə qəza nəticəsində xəsarət alanlar Kliniki Tibbi Mərkəzə yerləşdirilib
19.12.2019 [10:26] - Hadisə
Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib, mikroavtobus aşıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, avtoqəza ilə əlaqədar təcili tibbi yardıma çağırış saat 10:15-də daxil olub. Hadisə nəticəsində bir nəfər hadisə yerində, daha bir nəfər - 60 yaşlı kişi isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Məlumata görə, 5 yaralı (68, 28, 25 yaşlı kişilər və 43, 33 yaşlı qadınlar) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə aparılıblar. Vəziyyəti ağır olan bir yaralı reanimasiyaya yerləşdirilib. Digər yaralılara hazırda yardım göstərilir. Hazırda onların vəziyyətləri orta ağır kimi qiymətləndirilir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 406 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed