Şrift:
Dəfnə yarpağının dəmləməsi ilə böyrəklərin təmizlənməsi
31.01.2020 [14:21] - Sağlıq
Dəfnə yarpağı yaxşı sidkqovucu, iltihab və mikrobəleyhinə təsirə malikdir. Dəfnə yarpağı xalq təbabətində böyrəklərin qumdan təmizlənməsi üçün çox geniş istifadə olunur.
3-4 dəfnə yarpağı üzərinə 1 stəkan qaynar su əlavə olunur, 2-3 dəqiqə ərzində vam odda qaynadılır, 1 saatdan sonra süzülür və sonra gün ərzində içilir. Dəmləməni 1 həftə ərzində için, sonra 1 həftə fasilə verin və yenə 1 həftə için.
Bu dəmləmə böyrəklərlə yanaşı, damarları da əla təmizləyir, arıqlamağa kömək edir.
Böyrək daşı xəstəliyi və həmçinin böyrəklərin funksiyasının pozulması zamanı bu reseptdən istifadə etmək olmaz. Həmçinin dəmləmənin qəbulu qəbizliyə səbəb ola bilər. Qəbizliyə meylli insanlar dəmləmənin qəbulu zamanı qidalanmaya liflərlə zəngin olan meyvə-tərəvəz, göyərti, paxlalı bitkilər, tamdənli yarmaları daxil etməlidir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 669 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed